logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Deputatın yanlış iddiası: Azərbaycanda doğum və ölüm arasındakı nisbət 60 minə düşüb

Deputatın yanlış iddiası: Azərbaycanda doğum və ölüm arasındakı nisbət 60 minə düşüb

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev pensiya yaşı ilə bağlı açıqlamasında iddia edib ki, Azərbaycanda doğum və ölüm arasındakı nisbət, təxminən, 60 minə düşüb.

- Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ildə Azərbaycandakı doğum və ölüm sayları arasındakı fərq, yəni təbii artım təxminən 43 min nəfər təşkil edib. Deputat Musa Quliyevin səsləndirdiyi rəqəm hazırkı təbii artım sayını yox, təxminən 2022-ci ilin təbii artım sayını ifadə edir. 2025-ci ilin ilk 6 ayına olan statistik göstəricilərin 2024-cü ilin eyni dövrü ilə müqayisəsi onu göstərir ki, təbii artımın azalma tempi 2025-ci ildə də davam etməkdədir.

Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev pensiya yaşı ilə bağlı açıqlamasında iddia edib ki, Azərbaycanda doğum və ölüm arasındakı nisbət, təxminən, 60 minə düşüb.

"Fakt Yoxla" bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ildə Azərbaycandakı doğum və ölüm sayları arasındakı fərq, yəni təbii artım təxminən 43 min nəfər təşkil edib:

Mənbə: Dövlət Statistika Komitəsi

Statistikadan da göründüyü kimi, Azərbaycanda təbii artım azalmaqdadır. Deputat Musa Quliyevin səsləndirdiyi rəqəm hazırkı təbii artım sayını yox, təxminən 2022-ci ilin təbii artım sayını ifadə edir. 2025-ci ilin ilk 6 ayına olan statistik göstəricilərin 2024-cü ilin eyni dövrü ilə müqayisəsi onu göstərir ki, təbii artımın azalma tempi 2025-ci ildə də davam etməkdədir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Musa Quliyevin Azərbaycandakı təbii artım sayı ilə bağlı səsləndirdiyi iddia yanlışdır.

Yanlış
  • 6 Noyabr, 2025
  • 187

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə