logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

İcra hakimiyyətinin yanlış açıqlaması: “Sovetski”də yalnız qəzalı tikililər sökülür

İcra hakimiyyətinin yanlış açıqlaması: “Sovetski”də yalnız qəzalı tikililər sökülür

Xəbərin qısa icmalı

Bakı şəhər İcra Hakimiyyəti bildirib ki, “Sovetski” – “Bayırşəhər” ərazisində gedən söküntü işləri zamanı tarixi binalar yox, yalnız qəzalı vəziyyətdə olan tikililər sökülüb.

“Bayırşəhər” kimi tanınan ərazidə Nazirlər Kabinetinin 132 nömrəli qərarı ilə 70-dən çox tarix və mədəniyyət abidəsinin olduğu müəyyənləşib. Bu bölgə Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən Mərkəzi Planlaşdırma Rayonunun tərkibində Xüsusi Mühafizə Zonası kimi təsnif olunub. Bu cəhətdən Bakı şəhər İcra Hakimiyyətinin xüsusi zonada söküntü aparması və binaların mümkün bərpa prosesinə cəlb olunmadan dağıdılması qanunvericiliklə ziddiyyət təşkil edir.

- İndiyədək mühafizə zonasına daxil olan Murtuza MuxtarovMirzə Fətəli Axundov, Zərgərpalan, Nabat Aşurbəyova,  Molla Vəli Vidadi, Çingiz Mustafayev Lev Tolstoy küçələrində söküntü işləri görülüb, habelə Əlövsət Quliyev küçəsi 36 ünvanı dağıntılara məruz qalıb. Bu proses tarixi abidələrin sökülməsini və ənənəvi küçə şəbəkələrinə birbaşa zərər yetirilməsini ehtiva edir. Eləcə də, söküntü işlərinin tarixi abidələrin qiymətləndirilməsində məsul olan AMEA-nın yekun rəyi olmadan başlaması tarixi abidələrin mühafizəsinə xələl gətirib. 

Bakı şəhərində son dövrlərdə aparılan söküntü işləri ictimai müzakirələrə səbəb olub. Bu müzakirələrlə bağlı açıqlama verən Bakı şəhər İcra Hakimiyyəti bildirib ki, “Sovetski” – “Bayırşəhər” ərazisində gedən söküntü işləri zamanı tarixi binalar yox, yalnız qəzalı vəziyyətdə olan tikililər sökülüb:

“Komissiya tərəfindən ərazidəki bütün arxitektur binaların tam siyahısı hazırlanıb. Hazırda yalnız istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan tikililərin söküntüsü həyata keçirilir. Bu proses tarixi binalara zərər yetirilmədən aparılır".

“Fakt Yoxla” açıqlamanın doğru olub-olmadığını yoxlayıb.

2014-cü ildə Yasamal rayonunun “Sovetski” məhəlləsində başlayan söküntü prosesi onlarla tikilinin tarix və mədəniyyət abidələrinin siyahısından çıxarılaraq dağıdılması ilə yadda qalmışdı. Hazırda mühafizə statusuna sahib “Bayırşəhər”də də davam edən söküntü işləri tarixi-mədəni irsin qorunması ilə bağlı bəzi suallar ortaya çıxarır. 

“Bayırşəhər” kimi tanınan ərazidə Nazirlər Kabinetinin 132 nömrəli qərarı ilə 70-dən çox tarix və mədəniyyət abidəsinin olduğu müəyyənləşib. Bu bölgə Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən Mərkəzi Planlaşdırma Rayonunun tərkibində Xüsusi Mühafizə Zonası kimi təsnif olunub. Bu cəhətdən Bakı şəhər İcra Hakimiyyətinin xüsusi zonada söküntü aparması və binaların mümkün bərpa prosesinə cəlb olunmadan dağıdılması qanunvericiliklə ziddiyyət təşkil edir.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna əsasən, tarixi abidə “tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri” olaraq müəyyən edilib. Bu qanunun “Abidələrin toxunulmazlığı” maddəsində abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılmasının qadağan olduğu qeyd olunub. Qanunun 27-ci maddəsinə görə isə abadlıq işləri zamanı “qoruğun və qoruq zonasının sərhədi, abidələrin konfiqurasiyası dəyişdirilməməli, ənənəvi küçə şəbəkələri isə olduğu kimi saxlanılmalıdır” deyə göstərilib. Lakin Bayırşəhər ərazisində müxtəlif tarixi küçələrdə söküntü işləri aparılıb, habelə reyestr altındakı abidələrin ətrafında inşaat işləri görülüb.

İndiyədək mühafizə zonasına daxil olan Murtuza MuxtarovMirzə Fətəli Axundov, Zərgərpalan, Nabat Aşurbəyova,  Molla Vəli Vidadi, Çingiz Mustafayev Lev Tolstoy küçələrində söküntü işləri görülüb, habelə Əlövsət Quliyev küçəsi 36 ünvanı dağıntılara məruz qalıb. Bu proses tarixi abidələrin sökülməsini və ənənəvi küçə şəbəkələrinə birbaşa zərər yetirilməsini ehtiva edir. Eləcə də, söküntü işlərinin tarixi abidələrin qiymətləndirilməsində məsul olan AMEA-nın yekun rəyi olmadan başlaması tarixi abidələrin mühafizəsinə xələl gətirib. 

Faktlar göstərir ki, Bakı şəhərinin Baş Planına, Nazirlər Kabinetinin qərarlarına və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanununa görə, “Bayırşəhər”dəki inşaat prosesi tarixi binaların sökülməsi hesab olunur. Tikililərin mümkün bərpa prosesinə cəlb olunmadan “qəzalı” adlandırılması tarixi abidələrə və memarlıq irsinə zərər vurulmasıdır.

“Fakt Yoxla”nın qənaətincə, Bakı Şəhər İcra Hakimiyyətinin yalnız qəzalı tikililərin söküldüyü ilə bağlı açıqlaması yanlışdır.

Yanlış
  • 13 Noyabr, 2025
  • 200

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə