logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Tural Abbaslının yanlış iddiası: Norveç Neft Fondu ilə bizim Neft Fondunun yaranması arasında 1 il fərq var

Tural Abbaslının yanlış iddiası: Norveç Neft Fondu ilə bizim Neft Fondunun yaranması arasında 1 il fərq var

Xəbərin qısa icmalı

“Ağ Partiya”nın sədri Tural Abbaslı iddia edib ki, Norveç Neft Fondu ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaranması arasında 1 il fərq var.

- 29 dekabr 1999-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edilib. Norveçdəki müvafiq qurumun təsisi isə 1990-cı ildə baş verib və o vaxtkı adı ilə Hökumət Neft Fondu adlanırdı. 2006-cı ildən isə həmin qurumun adı dəyişdirilib Norveç Pensiya Fondu adlandırılıb.

“TV Musavat” Youtube kanalında yayımlanan “Gərgin Debat” proqramında (dəqiqə 55) “Ağ Partiya”nın sədri Tural Abbaslı iddia edib ki, Norveç Neft Fondu ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaranması arasında 1 il fərq var. O bu iddianı yanlış idarəetmənin nəticəsində Azərbaycan ilə digər dövlətlərin iqtisadiyyatında yaranan fərqləri göstərərkən edib. 

"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.

29 dekabr 1999-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edilib. Norveçdəki müvafiq qurumun təsisi isə 1990-cı ildə baş verib və o vaxtkı adı ilə Hökumət Neft Fondu adlanırdı. 2006-cı ildən isə həmin qurumun adı dəyişdirilib Norveç Pensiya Fondu adlandırılıb.

Müqayisə üçün, 2024-cü ilin sonuna olan Azərbaycan Dövlət Neft Fondunun aktivləri təxminən 60 milyard dollar, Norveç Pensiya Fondunun aktivlərinin dəyəri isə təxminən 1 trilyon 739 milyard dollar olub.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “Ağ Partiya”nın sədri Tural Abbaslının səsləndirdiyi iddia yanlışdır.

Yanlış
  • 26 Noyabr, 2025
  • 123

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə