logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Video Zelenskinin rəqs etdiyini göstərir?

Video Zelenskinin rəqs etdiyini göstərir?

Xəbərin qısa icmalı

-  “TikTok” sosial şəbəkəsində Ukrayna Prezidenti Volodimir Zelenksinin bu vəzifəyə seçilməmişdən öncə rəqs etdiyi iddia edən görüntülər paylaşılıb.

- İnternetdə videodan kəsilmiş görüntü ilə axtarış etdikdə videonun orijinal variantının “vusaaal” adlı “TikTok” istifadəçisinin paylaşdığı ortaya çıxır. Orijinal videodakı şəxsin Ukrayna prezidenti deyil, videonu paylaşan şəxsin özü olduğu görünür. Videoya Zelenskinin üzü sonradan montajla əlavə olunub.

Prezident seçildiyi gündən etibarən aktyor keçmişi ilə əlaqəli bir çox görüntüsü paylaşılan Volodimir Zelenksinin bu dəfə də rəqs etdiyini iddia edən görüntülər “TikTok” sosial şəbəkəsində paylaşılıb.

Skrinşot “TikTok” sosial şəbəkəsindən götürülüb.

Skrinşot “TikTok” sosial şəbəkəsindən götürülüb.

Skrinşot “TikTok” sosial şəbəkəsindən götürülüb.

“Fakt Yoxla” bu görüntülərin doğru olub-olmadığını yoxlayıb.

İnternetdə videodan kəsilmiş görüntü ilə axtarış etdikdə videonun orijinal variantının “vusaaal” adlı “TikTok” istifadəçisinin paylaşdığı ortaya çıxır. Orijinal videodakı şəxsin Ukrayna prezidenti deyil, videonu paylaşan şəxsin özü olduğu görünür. Videoya Zelenskinin üzü sonradan montajla əlavə olunub. “TikTok”da 180 minə yaxın izləyicisi olan istifadəçinin sözügedən videosuna milyonlarla baxış gəlib.

Skrinşot “TikTok” sosial şəbəkəsindən götürülüb.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Zelenskinin rəqs etdiyini iddia edən bu paylaşımlar saxtadır.

Saxta
  • 22 Yanvar, 2024
  • 245

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə