logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Vəd: 2013-cü ilin sonuna qədər bütün məktəblər internetlə təmin olunacaq

Vəd: 2013-cü ilin sonuna qədər bütün məktəblər internetlə təmin olunacaq

Xəbərin qısa icmalı

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti bildirmişdi ki, 2013-cü ilin sonuna qədər bütün məktəblərin internetlə əhatə olunması nəzərdə tutulur.

2013-cü ilin sonunda Azərbaycanda məktəblərin internetlə təmin olunma göstəricisi 49.4 faizə bərabər olub.

“Bu ilin sonuna qədər bütün məktəblərin internetlə əhatə olunması nəzərdə tutulur”. 

Bunu hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmin vaxt isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi adlanan nazirliyin mətbuat xidməti 2013-cü ildə mətbuata açıqlamasında bildirmişdi.

“Fakt Yoxla” nazirliyin bu vədini yerinə yetirib-yetirmədiyini araşdırıb.

2012-ci ildə ölkədə internetə çıxışı olan məktəblərin bütün məktəblərdə payı respublika üzrə 48,3%-ə bərabər idi. (“Dövlət Statistika Komitəsi”, Dayanıqlı İnkişaf Məqsədləri, 2018, səh.65)

Cədvəl: 2013-2021-ci illərdə Azərbaycanda məktəblərin internetlə təmin olunma göstəricisi 

Dövlət Statistika Komitəsinin Azərbaycanda məktəblərin internetlə təmin edilmə göstəricisi ilə bağlı açıqladığı rəqəmlərdən aydın olur ki, 2013-cü ildə Azərbaycanda məktəblərin hamısı internetlə təmin edilə bilməyib. Həmin ilin sonuna müvafiq göstərici 49.4 faizə bərabər olub. Bu göstəricinin ən yüksək həddi 2021-ci ildə qeydə alınıb ki, o da 69,1 faizə bərabərdir.

2021-ci ildə ölkədə 4426 ümumtəhsil məktəbin olduğunu nəzərə alsaq, bu o deməkdir ki, ölkədəki məktəblərin 3058-i internetlə təmin edilib. 1367 məktəbdə isə internet yoxdur.

“Fakt Yoxla”nın araşdırmasına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi vədi yerinə yetirməyib.

 

Vəd tutulmayıb
  • 31 May, 2023
  • 263

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə