logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

VƏD: “2013-cü ildə iki stansiya istismara veriləcək.”

VƏD: “2013-cü ildə iki stansiya istismara veriləcək.”

Xəbərin qısa icmalı

- 2011-ci ildə “Dərnəgül” stansiyasının açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, 2013-cü ildə - bir ildə iki stansiya istismara veriləcək.

2013-cü ildə Azərbaycanda heç bir metro stansiyası istismara verilməyib.

 

“2013-cü ildə - bir ildə iki stansiya istismara veriləcəkdir və ondan sonra hər il biz yeni stansiyaların tikintisinə də nail olacağıq”.

Bu bəyanat 29 iyun 2011-ci ildə “Dərnəgül” stansiyasının açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səsləndirilib.

“Fakt Yoxla” vədin yerinə yetirilib-yetirilmədiyini yoxlayıb.

2013-cü ildə Azərbaycanda heç bir metro stansiyası istismara verilməyib. Belə ki, aşağıdakı cədvələ də nəzər saldıqda aydın olur ki, yalnız 2013-cü ildən 2 il əvvəl və 3 il sonra metro stansiyaları istismara verilib.

Həmçinin, 2013-cü ildən sonra hər il metro stansiyasının tikintisinə nail olunmayıb. Belə ki, 2013-2016 və 2017-2021-ci illər aralığında heç bir metro stansiyası tikilib-istismara verilməyib. Yalnız 2021 və 2022-ci illərdə sözügedən tendensiya, yəni ardıcıl olaraq 2 il yeni metro stansiyasının tikilməsi halı müşahidə edilib.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, vəd yerinə yetirilməyib. 

 

Vəd tutulmayıb
  • 6 İyun, 2023
  • 514

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə