logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Vəd: 2011-ci ildən 2015-ci ilə qədər Bakıda əlavə 6 metro stansiyası tikilməlidir

Vəd: 2011-ci ildən 2015-ci ilə qədər Bakıda əlavə 6 metro stansiyası tikilməlidir

Xəbərin qısa icmalı

-Prezidenti İlham Əliyev 29 iyun 2011-ci ildə Bakı Metropoliteninin “Dərnəgül” stansiyasının açılışında bildirmişdi ki, 2015-ci ilə qədər Bakıda əlavə 6 metro stansiyası tikilməlidir.

-29 iyun 2011-ci ildən 2015-ci ilə qədər Bakı metrosunda heç bir yeni stansiya tikilib istismara verilməyib.

“2015-ci ilə qədər Bakıda əlavə 6 metro stansiyası tikilməlidir”. 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 iyun 2011-ci ildə Bakı Metropoliteninin “Dərnəgül” stansiyasının açılışında bildirmişdi.

“Fakt Yoxla” bu vədin yerinə yetirilib-yetirilmədiyini yoxlayıb. 

Azərbaycanda ilk dəfə 1967-ci il noyabrın 6-da "Bakı Soveti" (indiki - "İçərişəhər"), "Sahil", "28 Aprel" (indiki - "28 May"), "Gənclik" və "Nərimanov" olmaqla 5 stansiyadan ibarət metro xətti istismara başlayıb.

2011-ci ildə “Dərnəgül” stansiyasının da açılması ilə  Bakı metrosunda 23 metro stansiyası fəaliyyət göstərməyə başladı. 

Hazırda Bakı metrosunda 27 stansiya fəaliyyət göstərir. Bunlardan ən sonuncusu 2022-ci il dekabr ayının 23-də tikilib istismara verilən “Xocəsən” stansiyasıdır.

29 iyun 2011-ci ildən 2015-ci ilə qədər Bakı metrosunda heç bir yeni stansiya tikilib istismara verilməyib. Yalnız 1 il sonra, 2016-cı il 19 aprel tarixində "Avtovağzal" və bənövşəyi xəttin "Memar Əcəmi" (Memar Əcəmi 2) stansiyaları tikilib istismara verilib. 

Beləliklə, 29 iyun 2011-ci ildən 2015-ci ilə qədər Bakıda ümumiyyətlə yeni metro stansiyası fəaliyyətə verilməyib.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə İlham Əliyevin vədi yerinə yetirilməyib

 

Vəd tutulmayıb
  • 31 May, 2023
  • 349

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə