logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Tahir Kərimli: “Sürət Hüseynov rəsmən Milli Qəhrəmandır”

Tahir Kərimli: “Sürət Hüseynov rəsmən Milli Qəhrəmandır”

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Tahir Kərimli deyib ki, Sürət Hüseynov Milli Qəhrəman adından məhrum edilməyib.

- Sürət Hüseynova Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 8 oktyabr tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Keçmiş baş nazir 30 oktyabr 1994-cü ildə Sabiq prezident Heydər Əliyev tərəfindən imzalanan fərmanla “Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilib.

- Sürət Hüseynov 2012-ci il avqustun 22-də Milli Məclisin sədri Oqtay Əsədova “Azərbaycan Milli Qəhrəmanı” adının bərpa edilməsi ilə bağlı müraciət edib. Ancaq Milli Məclis onun müraciətinə baxmayıb.

Bu ilin 31 iyulunda vəfat edən Azərbaycanın sabiq baş naziri Sürət Hüseynovun məzarı üzərində “Azərbaycanın Milli Qəhrəmanı” ifadəsinin yazılmasını əks etdirən fotolar yayılıb. Fotolarla bağlı “pravda.az” saytına açıqlama verən Milli Məclisin deputatı Tahir Kərimli deyib ki, Sürət Hüseynov Milli Qəhrəman adından məhrum edilməyib.

“Bu adam (Sürət Hüseynov - red.) Azərbaycan Respublikasının rəsmi Milli Qəhrəmanıdır, adı da əlindən alınmayıb. Belə olan təqdirdə, başdaşına bu sözlərin yazılmasını anlayışla qarşılamalıyıq”, - deputat belə deyib.

“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını yoxlayıb.

Sürət Hüseynova Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 8 oktyabr tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. O, Prezident Heydər Əliyevin fərmanıyla 30 iyun 1993-cü ildə Azərbaycanın Baş naziri təyin edilib, 6 oktyabr 1994-cü ildə isə vəzifəsindən azad edilib. Milli Məclisin Sürət Hüseynovla bağlı qərarında bildirilir ki, Baş nazir “fəaliyyətsizlik göstərib, Azərbaycan Respublikası Prezidentinin göstərişinə tabe olmayıb, özünün vətəndaşlıq və vəzifə borcunu yerinə yetirməyib”.

Keçmiş baş nazir 30 oktyabr 1994-cü ildə Sabiq prezident Heydər Əliyev tərəfindən imzalanan fərmanla “Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilib. Fərmanda deyilir ki, o, bu ada “xələl gətirən hərəkətlərə yol verib”.

Qeyd edək ki, Sürət Hüseynov 2012-ci il avqustun 22-də Milli Məclisin sədri Oqtay Əsədova “Azərbaycan Milli Qəhrəmanı” adının bərpa edilməsi ilə bağlı müraciət edib. Bildirilib ki, Sürət Hüseynov bu statusdan məhrum edilməsi haqda qərarın qəbul edilməsində qanun pozuntularına yol verildiyini iddia edib. Ancaq Milli Məclis onun müraciətinə baxmayıb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputat Tahir Kərimlinin Sürət Hüseynovla bağlı iddiası yanlışdır.

Yanlış
  • 28 Sentyabr, 2023
  • 924

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə