logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Foto Ankarada baş verən hücumdan sonra çəkilməyib

Foto Ankarada baş verən hücumdan sonra çəkilməyib

Xəbərin qısa icmalı

Oktyabrın 23-də Türkiyənin paytaxtı Ankarada TUSAŞ müdafiə sənayesi şirkətinə məxsus obyektə silahlı hücumdan sonra “Alioglu” və “axar.az” teleqram kanallarında hücum edən şəxslərin meyitlərinin olduğu iddia edilən foto paylaşılıb.

- Araşdırma zamanı məlum olub ki, foto yeni deyil və 2023-cü ilin dekabr ayında çəkilib. Həmin vaxt Türkiyə mediasında çıxan xəbərə görə, DEM partiyasının önündə etiraz aksiyası keçirən şəxslər əraziyə sarı torbalar qoyublar. 

Oktyabrın 23-də Türkiyənin paytaxtı Ankarada TUSAŞ müdafiə sənayesi şirkətinə məxsus obyektə silahlı hücum zamanı 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb. Hücumun təşkilatçıları olan bir qadın və bir kişi təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Hadisədən sonra “Alioglu” və “axar.az” teleqram kanallarında hücum edən şəxslərin meyitlərinin olduğu iddia edilən foto paylaşılıb.

Skrinşot “axar.az” saytının teleqram kanalından götürülüb

“Fakt Yoxla” fotoların iddia edilən şəxslərə aid olub-olmadığını yoxlayıb.

Araşdırma zamanı məlum olub ki, foto yeni deyil və 2023-cü ilin dekabr ayında çəkilib. Həmin vaxt Türkiyə mediasında çıxan xəbərə görə, DEM partiyasının önündə etiraz aksiyası keçirən şəxslər əraziyə sarı torbalar qoyublar. 

Skrinşot “medyascope.tv” saytından götürülüb

Etirazçıların hadisədən bir neçə gün əvvəl İraqda Türkiyə ordusunun 12 hərbçisinin həyatını itirmələrinə etiraz etdiyi bildirilir. 

“FaktYoxla”nın gəldiyi qənaətə görə, fotonun Ankarada baş verən hücumda öldürülən şəxslərə aid olması barədə xəbərlər saxtadır.

Saxta xəbər
  • 5 Noyabr, 2024
  • 311

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə