logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Spirtli içki bədəni isitmir, soyudur

Spirtli içki bədəni isitmir, soyudur

Bir çox insan soyuq havada alkoqollu içki qəbul etməyin bədəni isitdiyinə inanır. Əslində, bu, belə deyilmiş. 

Todayifound.out” saytı 2012-ci ildə ABŞ-ın Ayova Universitetinin Klinik Farmakologiya departamentinin direktoru Uilliam Haynesə istinadən yazıb ki, soyuq havada alkoqollu içki içmək bədənin istiliyini təmin edən refleksləri tormozlayır. 

Bəs bu necə baş verir? 

Orqanizm soyuq havada istiliyi qorumaq məqsədilə dəriyə qan axınını minimuma endirir. Dəridə yerləşən damarlar daralır, beləcə böyrək, ciyər kimi həyati orqanları isti saxlamaq üçün daha çox qan axını təmin olunur. 

Alkoqol qəbul edərkən qan damarları, xüsusilə də dəridə ola kapilyarlar genişlənir. Bu zaman dəriyə daxil olan qanın həcmi artdığından istilik yaranır. İstilik dəri səthinə axdığından bədənin soyuğa qarşı müdafiə mexanizmi zəifləyir. 

Alkoloqun mülayim və nisbətən soyuq hava şəraitində orqanizmə təsirləri ilə bağlı xeyli sayda araşdırmalar aparılıb. 2005-ci ildə dərc olunan bir araşdırmada qeyd olunur ki, 33 dərəcə otaq temperaturunda spirtli içki qəbul edən 8 nəfərin 10 dəqiqədən sonra dərilərindəki qan axını və tər miqdarı önəmli dərəcədə artsa da, 20 dəqiqədən sonra orqanizmin hərarəti düşməyə başlayıb, hətta bədən temperaturu 0.3 dərəcə azalıb. 

İçkili şəxs bədənində istiliyin endiyini hiss etmir. Bu baxımdan bədənin istiliyi sürətlə azaldığı üçün kəskin soyuq havada alkoqollu içki qəbulu orqanizm üçün ikiqat təhlükə yaradır. 

ABŞ-ın Ekoloji Tibb üzrə Ordu Tədqiqatları İnstitutunun araşdırmasına görə, alkoqol soyuq havada bədənin istilik yaratmaq üsulu olan titrəmə qabiliyyətini də azaldır. Bu isə bədən hərarətinin daha da azalmasına səbəb olur. 

Beləliklə, soyuq havada spirtli içki qəbul etmək bədəni isitmir, əksinə soyudur. Kəskin hava şəraitində qızınmaq məqsədilə alkoqol içmə donma (hipotermiya) ehtimalını artırır. Spirtli içki qəbulunun insan orqanizmini isitdiyinə dair iddialar, əslində, mifdir.

“todayifound.out”,  ALCOHOL DOES NOT HELP PREVENT HYPOTHERMIA, IT ACTUALLY MAKES IT MORE LIKELY

New-York Times, The Claim: Drinking Makes You Warmer in Winter

pubmed.gov, Effects of alcohol on thermoregulation during mild heat exposure in humans

pubmed.gov,Effects of alcohol on autonomic responses and thermal sensation during cold exposure in humans

Alcohol ingestion and temperature regulation during cold exposure,

BEAU J. FREUND*, CATHERINE O'BRIEN and ANDREW J. YOUNG

Thermal Physiology and Medicine Division, US Army Research Institute ofEnvironmental Medicine, Natick,

MA 01760-5007, USA

Mif
  • 7 Aprel, 2021
  • 2378

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə