logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Səttar Möhbalıyev: “Xalqımız dünyanın ən xoşbəxt xalqları sırasında yer alıb”

Səttar Möhbalıyev: “Xalqımız dünyanın ən xoşbəxt xalqları sırasında yer alıb”

Xəbərin qısa icmalı

- Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib ki, son 20 il ərzində xalqımız dünyanın ən xoşbəxt xalqları sırasında yer alıb.

Azərbaycan Xoşbəxt ölkələr sıralamasında 80-cı sıradan daha yüksək nəticə əldə etməyib. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Prezident İlham Əliyevin Azərbaycanı idarəetməsinin nəticələri haqqında danışarkən deyib ki, son 20 il ərzində xalqımız dünyanın ən xoşbəxt xalqları sırasında yer alıb.

“Fakt Yoxla” Səttar Möhbalıyevin iddiasının doğru olub-olmadığını yoxlayıb.

Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Həlləri Şəbəkəsi 2012-ci ildən etibarən hər il mart ayının 20-də “Ümumdünya Xoşbəxtlik Hesabatı”nı dərc edir. Bu hesabat ilk dəfə 2012-ci ilin aprel ayında BMT-nin xoşbəxtlik və rifah üzrə Yüksək Səviyyəli Toplantısının dəstəyilə yaradılıb. Hesabatda ölkələrin xoşbəxtlik indeksi hesablanarkən ÜDM, sosial dəstək, orta sağlam ömür uzunluğu, vətəndaşların öz həyatları ilə bağlı qərar vermək azadlığı, səxavət (xeyriyyəçilik) və ölkədəki korrupsiya səviyyəsi nəzərə alınır.

Aşağıdakı cədvəldə 2012-2023-cü illərdə xoşbəxtlik reytinqi üzrə ilk 10-luqdakı ölkələr, Azərbaycanın illər üzrə sıralamadakı yeri və həmin illər üzrə ən sonuncu sırada olan ölkələr verilib. Bütün illərdə ilk onluqda Skandinaviya və digər Qərbi Avropa ölkələri, Kanada, Yeni Zelandiya və Avstraliya yer alıb. Bu hesabatlarda ölkələr xoşbəxtlik dərəcəsinə görə ən yüksəkdən ən aşağıya doğru verilib.

Azərbaycanın bu illər ərzindəki sıralamadakı ən yüksək göstəricisi 2015-ci ildə qeydə alıb.  Belə ki, ölkə həmin ilin hesabatına görə, 158 ölkə arasında 80-ci yeri tutub. Lakin, həmin ildən sonra Azərbaycan sıralamada geriləməyə başlayıb. 2022-ci ildəki hesabata əsasən, Azərbaycan 146 ölkə arasında 92-ci yerdə olub. Azərbaycan 2023-cü ildəki hesabatda iştirak etməyib. Aşağıdakı cədvəldə xoşbəxtlik indeksinə görə sıralamalara daha detallı baxa bilərsiniz:

İllər üzrə Xoşbəxt ölkələr sıralaması. Mənbələr sonda verilib.

Beləliklə, Azərbaycan Xoşbəxt ölkələr sıralamasında 80-cı sıradan daha yüksək nəticə əldə etməyib. “Fakt Yoxla”nın gəldiyi qənaətə görə Səttar Möhbalıyevin iddası yanlışdır

“ahik.org”, Azərbaycanın son 20 ildə keçdiyi yol bizim uğur salnaməmizdir

“worldhappiness.report”, ABOUT

“s3.amazonaws.com”, 2012 hesabat

“s3.amazonaws.com”, 2013 hesabat

“s3.amazonaws.com”, 2015 hesabat

“s3.amazonaws.com”, 2016 hesabat

“s3.amazonaws.com”, 2017 hesabat

“s3.amazonaws.com, 2018 hesabat

“s3.amazonaws.com”, 2019 hesabat

 “happiness-report.s3.amazonaws.com”, 2020 hesabat

 “happiness-report.s3.amazonaws.com”, 2021 hesabat

 “happiness-report.s3.amazonaws.com”, 2022 hesabat

 “happiness-report.s3.amazonaws.com”, 2023 hesabat

Yanlış
  • 12 Yanvar, 2024
  • 404

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə