logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Sərdar Cəlaloğlu: “Ötən il boşananların sayı evlənənlərin sayından çox olub”

Sərdar Cəlaloğlu: “Ötən il boşananların sayı evlənənlərin sayından çox olub”

“Cebheinfo.az”a ailədaxili zorakılıq, qadın qətllərinin artması haqqında danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ailə institutunun böhran yaşadığını deyib. 

Boşanmaların səbəblərini sadalayan partiya sədri onların nigahlara nisbətindən də danışıb.

“Ötən il ölkəmizdə boşananların sayı evlənənlərin sayından çox olub”, – deyə Sərdar Cəlaloğlu vurğulayıb.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb.

2021-ci ildə nikah və boşanmalar üzrə məlumatlar Dövlət Statistika Komitəsinin saytında yerləşdirilib. 

Bu qurumun 2021-ci ilə dair dərc etdiyi göstəricilərə görə, ötən il Azərbaycanda 56314 nikah, 17191 boşanma halı qeydə alınıb. 

C:UsersHpDesktopБезымянный.jpg

Dövlət Statistika Komitəsinin 2021-ci il üzrə Azərbaycanda demoqrafik vəziyyə dair “Sosial, iqtisadi inkişaf” sənədindən

 

Dövlət Statistika Komitəsindən hələ ötən il “Fakt Yoxla”ya verilən məlumatda ayrılma ilə nəticələnən nikahların davametmə müddətinə görə 4 qrupda təsnifləşdirildiyi bildirilirdi. 

Bunlara 5 ilə qədər, 5-9 ilə qədər, 10-19 ilə qədər və 20 ildən çox davam edən nigahlar daxildir. 

Ona görə də, 17 191 boşanmanın tək 2021-ci ildə nigaha daxil olan şəxslərə nisbətdə baş verdiyini iddia etmək məntiqli deyil. 

Dövlət Statistika Komitəsindən “Fakt Yoxla”ya verilən ən son məlumata görə, 2021-ci ildə Ədliyyə Nazirliyinin rayon şəhər şöbələri tərəfindən qeydə alınan 17 191 boşanma halının ancaq 312-si 2021-ci ildə rəsmi nikaha daxil olmuş cütlüklər arasında olub. Beləliklə, 2021-ci ildə Azərbaycanda boşananların sayı nigaha daxil olan şəxslərin sayını üstələməyib. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Sərdar Cəlaloğlunun iddiası yalandır.

“Cebheinfo.az”: Sərdar Calaloğlu boşanmalardan danışdı: 

“Kişilərdə impotentlik olur, qadına lazımi zövqü vermir”

Dövlət Statistika Komitəsi: “Sosial, iqtisadi inkişaf” adlı sənəd. 

3.Dövlət Statistika Komitəsinin  “Fakt Yoxla”nön sorğusuna  21 iyun 2022-ci il tarixli, 02/2-197 nömrəli cavab məktubu

Yalan
  • 22 İyun, 2022
  • 567

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə