logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Sərdar Cəlaloğlu: “Azərbaycanda 1990-cı ildə 1 milyon 100 min uşaq doğulub"

Sərdar Cəlaloğlu: “Azərbaycanda 1990-cı ildə 1 milyon 100 min uşaq doğulub"

Xəbərin qısa icmalı

- Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Azərbaycanda 1990-cı ildə 1 milyon 100 min uşaq doğulub. 

- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına (səh.22) əsasən, 1990-cı ildə Azərbaycanda 182 min 989 uşaq doğulub.

“Azərbaycanda 1990-cı ildə 1 milyon 100 min uşaq doğulub”. 

Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

“Fakt Yoxla” bu iddianın dorğu olub-olmadığını yoxlayıb.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına (səh.22) əsasən, 1990-cı ildə Azərbaycanda 182 min 989 uşaq doğulub. Yəni bu rəqəm iddiadakı rəqəmdən 6 dəfədən daha azdır. 

Doğulanların 94 min 385 nəfəri oğlan, 88 min 604 nəfəri isə qız olub. Əhalinin hər min nəfərinə düşən doğulan uşaqların sayı isə 25,9 uşaq təşkil edib. 

Bu illər ərzində ən çox uşaq doğumu da elə 1990-cı ildə baş verib. Başqa sözlə Azərbaycan Respublikasında nəinki 1990-cı ildə, digər heç bir ildə də iddiada səsləndirilən qədər doğum müşahidə olunmayıb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Sərdar Cəlaloğlunun iddiası yanlışdır. 

Yanlış
  • 14 İyul, 2023
  • 331

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə