logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Saxta xəbər: İranın Tehran şəhərində divarlara Azərbaycana qarşı təhdid ehtiva edən plakat yapışdırılıb

Saxta xəbər: İranın Tehran şəhərində divarlara Azərbaycana qarşı təhdid ehtiva edən plakat yapışdırılıb

Xəbərin qısa icmalı

-“Telegram” sosial şəbəkəsində 18 mindən çox izləyicisi olan ArazaxmedovS kanalı iddia edib ki, oktyabrın 8-də İranın Tehran şəhərində divarlara Azərbaycana qarşı təhdid ehtiva edən plakat yapışdırılıb. Paylaşılan şəkildə alova tutuşmuş Azərbaycan, İsrail və Ukrayna bayraqlarının şəkili altında farsca “bizim ümumi düşmənlərimiz var” yazıldığı iddia olunur.

- Bu şəkilin ilk paylaşıldığı yeri müəyyən etmək üçün “Google”da axtarış edərkən “fakti.bg” saytına rast gəlmək olur. Saytın 28 aprel tarixində paylaşdığı xəbərdən məlum olur ki, sözügedən plakatlar aprel ayında Ermənistanın Yerevan şəhərində divarlara yapışdırılıb. 

Xəbərdə plakatların Yerevandakı yaşayış və inzibati binalara, o mərkəzdə yerləşən Respublika Meydanı ətrafındakı binalara yapışdırıldığı bildirilir. Ukrayna, İsrail və Azərbaycan bayraqlarının yandırılmasını təsvir edən vərəqələrin yuxarısında və altında erməni və fars dillərində “bizim ümumi düşmənlərimiz var” yazılıb. Vərəqələr Ermənistanda aprel ayında Ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ərəfəsində binalara yapışdırılıb.

“Telegram” sosial şəbəkəsində 18 mindən çox izləyicisi olan ArazaxmedovS kanalı iddia edib ki, oktyabrın 8-də İranın Tehran şəhərində divarlara Azərbaycana qarşı təhdid ehtiva edən plakat yapışdırılıb. Paylaşılan şəkildə alova tutuşmuş Azərbaycan, İsrail və Ukrayna bayraqlarının şəkili altında farsca “bizim ümumi düşmənlərimiz var” yazıldığı iddia olunur. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb. 

Skrinşot ArazaxmedovS kanalından götürülüb.

Bu şəkilin ilk paylaşıldığı yeri müəyyən etmək üçün “Google”da axtarış edərkən “fakti.bg” saytına rast gəlmək olur. Saytın 28 aprel tarixində paylaşdığı xəbərdən məlum olur ki, sözügedən plakatlar aprel ayında Ermənistanın Yerevan şəhərində divarlara yapışdırılıb. 

Xəbərdə plakatların Yerevandakı yaşayış və inzibati binalara, o mərkəzdə yerləşən Respublika Meydanı ətrafındakı binalara yapışdırıldığı bildirilir. Ukrayna, İsrail və Azərbaycan bayraqlarının yandırılmasını təsvir edən vərəqələrin yuxarısında və altında erməni və fars dillərində “bizim ümumi düşmənlərimiz var” yazılıb. Vərəqələr Ermənistanda aprel ayında Ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ərəfəsində binalara yapışdırılıb.

Sayt həmin vərəqələrin şəkillərini paylaşıb.

 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, ArazaxmedovS kanalının sözügedən iddiası saxtadır.

Saxta
  • 18 Oktyabr, 2023
  • 677

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə