logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Mustafa Babanlı: “2011-ci ildən heç bir universitet maliyyə yardımı almayıb”

Mustafa Babanlı: “2011-ci ildən heç bir universitet maliyyə yardımı almayıb”

“2011-ci ildən heç bir universitet 1 manat da olsa maliyyə yardımı almayıb”. 

Bunu Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmədə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı bildirib.

“Fakt Yoxla” Mustafa Babanlının iddiasının doğru olub-olmadığını araşdırıb.

Azərbaycanda universitetlərin maliyyələşməsi dövlət sifarişli yerlərə ayrılan vəsaitlər və tələbələrin ödədiyi təhsil haqqı hesabına təmin olunur. Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar”ın ləğv edilməsi barədə qərarında da qeyd edilir ki, hazırda ali təhsil müəssisələri öz maliyyə-təsərrüfat fəaliyyətlərini müvafiq olaraq dövlət sifarişi və ödənişli əsaslarla kadr hazırlığından, eləcə də qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən əldə olunan büdcə və büdcədənkənar vəsaitlər hesabına təmin edir və bu vəsaitlərin xərc istiqamətlərini sərbəst müəyyənləşdirir.

Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında hər bir ixtisas üzrə dövlət sifarişilə təhsil alan tələbələr üçün universitetlərə ödənilməli olan vəsaitin həcmi müəyyən edilib. Bu baxımdan aydın olur ki, universitetlərdə dövlət sifarişi ilə təhsil alan tələbələr üçün dövlət büdcəsindən universitetlərə vəsait ödənilir. Abituriyent jurnalının 2021-ci ildə yayımlanan 12-ci sayında (səh. 292) bildirilir ki, 2021-2022-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti dövlət büdcəsinin vəsaiti hesabına 834 nəfər bakalavr qəbul etmək imkanına malik olub.

Bununla yanaşı, dövlət büdcəsindən hər il bəzi universitetlərə birbaşa maliyyə yardımı da göstərilir.

Dövlət büdcəsindən maliyyə ayrılmış ali təhsil müəssisələri

Cədvəldən göründüyü kimi, 2012-2023-cü illərin dövlət büdcələrində 10 fərqli universitetə toplam 500 milyon manatdan çox vəsait ayrılıb.

“Fakt Yoxla”nın araşdırmasına görə, Mustafa Babanlının iddiası yanlışdır.

Milli Məclis, İctimai dinləmə

“report.az”, ADNSU rektoru: 2011-ci ildən heç bir universitet 1 manat da olsa maliyyə yardımı almayıb

Təhsil nazirliyinin “Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar”ın ləğv edilməsi barədə qərarı

“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman

“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman

“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman

“Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman

“Azərbaycan Respublikasının 2019-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman

“Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman

Yanlış
  • 31 Mart, 2023
  • 175

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə