logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

HamamTimes: “Bill Nelson: Pentaqonun gizli hesabatını görmüşəm, UNO-ların varlığına işarət edilib”

HamamTimes: “Bill Nelson: Pentaqonun gizli hesabatını görmüşəm, UNO-ların varlığına işarət edilib”

"HamamTimes" Feysbuk səhifəsinin paylaşdığı məlumat doğrudur. NASA direktoru bu iddianı CNN televiziyasına müsahibəsi zamanı səsləndirib. Qeyd edək ki, 25 iyun tarixində ABŞ Milli Kəşfiyyat Direktorluğu uçan naməlum obyektlərlə bağlı ictimaiyyətə açıq hesabatını paylaşıb. Hesabat 2004-2021-ci illər arasında qeydə alınan 144 uçan naməlum obyekti gözdən keçirib. Onlardan yalnız 1-nin partlamış şar olduğu müəyyənləşib, digərləri haqqında heç bir məlumat əldə etmək mümkün olmayıb. Onlardan 18-nin şahidləri bildirirlər ki, obyektlər üstün texnoloji özəlliklərə malik olublar. Hesabatı şərh hissəsində görə bilərsiniz

"Fakt Yoxla"nın gəldiyi qənaətə görə xəbər doğrudur.

Doğru
  • 10 İyul, 2021
  • 573

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə