logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Gənclər və idman naziri: “Yalnız Mahir Emreli xaricdə oynayır”

Gənclər və idman naziri: “Yalnız Mahir Emreli xaricdə oynayır”

“Xaricdə futbolçularımızın sayı azdır, yalnız Mahir Emreli xaricdə oynayır”.

Gənclər və İdman naziri, Avropa Gimnastika İttifaqının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Qayıbov APA-ya müsahibəsində Azərbaycan futbolunun vəziyyəti haqqında danışarkən belə deyib. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

25 yaşlı hücumçu Mahir Emreli 2017-ci ildən Azərbaycan milli komandasının heyətində çıxış edib. O, bu ilin fevralından etibarən Xorvatiyanın “Dinamo Zagreb” klubunun futbolçusudur. 

Mahir Emreli. Foto “report.az” saytından götürülüb.

Azərbaycan millisində oynayan 29 yaşlı Höccət Haqverdi müdafiəçidir. 

O, 2021-ci ildə “Sumqayıt” klubunun heyətində çıxış etsə də, 2022-ci il iyulun 27-də İranın “Traktor” komandasına transfer olub. 

Höccət Haqverdi. Foto “report.az” saytından götürülüb.

Azərbaycan yığmasını təmsil edən 23 yaşlı Renat Dadaşov hücumçudur. 

O, 2017-ci ildən etibarən millinin heyətində çıxış edir. Sonuncu dəfə 2022-ci ilin iyulunda İngiltərənin “Wolverhampton” komandasından İsveçrənin “Grasshopper” klubuna transfer olub. 

Renat Dadaşov. Foto “football-plus.az” saytından götürülüb.

31 yaşlı azərbaycanlı hücumçu Rüfət Dadaşov 2021-ci ildə ABŞ-ın “Phoenix Rising” komandasından Almaniyanın “Schalke 04 II” komandasına transfer olub. Futbolçu hazırda karyerasını bu klubda davam etdirir. 

Rüfət dadşov. Foto “sportline.az” saytından götürülüb.

Beləliklə, Azərbaycanın Mahir Emrelidən başqa 3 futbolçusu – Höccət Haqverdi, Renat Dadaşov və Rüfət Dadaşov xarici ölkələrin klublarında çıxış edir. 

Bundan əlavə, aşağı yaş qrupları üzrə milli yığmaların bir sıra oyunçuları da legioner həyatı yaşayırlar. 

Məsələn, Azərbaycan U-21 milli komandasının üç oyunçusu – Murad Vəliyev, Mustafa Yıldırım və Nihad Fərəcli, U-19-un bir oyunçusu – Ceyhun Hacıyev, U-17-nin 2 oyunçusu – Osman Hüseynov və Ceyhun Bağırzadə xarici ölkə klublarında karyeralarını davam etdirirlər. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Fərid Qayıbovun iddiası yanlışdır

Qeyd: Fərid Qayıbov iddiasında kişi futbolu haqqında danışdığı üçün araşdırmanın miqyası xarici klublara transfer olunan kişi futbolçuları ilə  məhdudlaşdırılıb. 

“apa.az”, Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

“affa.az”, HÖCCƏT HAQVERDİ

“transfermarkt.com”, Hojjat Haghverdi

“report.az”, Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

 “affa.az”, Renat Dadaşov

 “transfermarkt.com”, Renat Dadaşov

 “football-plus.az”, Renat Dadaşov oynadı, komanda qələbə qazandı

 “affa.az”, Mahir Emreli

 “transfermarkt.com”, Mahir Emreli

 “report.az”, Mahir Emreli “Dinamo Zaqreb”in heyətində dubl edib

 “transfermarkt.com”, Rüfət Dadaşov

 “affa.az”, Azərbaycan U-21

 “affa.az”, Azərbaycan U-19

 “affa.az”, Azərbaycan U-17

“Sportline.az”, Rüfət Dadaşov

Yanlış
  • 30 Dekabr, 2022
  • 306

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə