logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Fransada şagirdlərə qarşı irqi ayrı-seçkiliyə dair iddia

Fransada şagirdlərə qarşı irqi ayrı-seçkiliyə dair iddia

Noyabrın16-da “xeberbiz.az” saytının “facebook” səhifəsində Fransada azyaşlı uşaqların ayrı-seçkiliyə məruz qaldığını təsvir edən foto paylaşılıb.

“Fransanın iç üzü - şərhsiz!”, – deyə fotoya dair postda yazılıb.  

Skrinşot “xeberbiz.az” adlı “Facebook” səhifəsindən götürülüb.

 “Fakt Yoxla” “xeberbiz.az”ın paylaşdığı  fotoya dair məlumatları araşdırıb.

Bu foto Fransa Senatının Azərbaycan ilə bağlı qətnamə qəbul etməsindən 1 gün sonra dərc edilib. Qətnamədə "Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi" tələb olunub. Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsi, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılması tələb edilib. Qeyd edək ki, həmin gün Birinci vitse-prezident Mehriban Əliyeva sədri fransız siyasətçi Odri Azulay olan “UNESCO”nun xoşməramlı səfiri vəzifəsindən imtina edib.

“Google Reverse Image” və “Tineye” alətlərilə axtarış zamanı məlum oldu ki, foto Fransada yox, 2019-cu ildə Cənubi Afrikada çəkilib.

Cənubi Afrikada məktəblərin yeni akademik ilə başladığı gün “Laerskool Schweizer-Reneke” məktəbinin müəllimi şagirdlərin şəklini çəkərək “WhatsApp” qrupunda valideynlərlə paylaşıb.

 Ağdərili sinif yoldaşlarından ayrı oturan dörd qaradərili şagirdin fotosu sosial media yayılandan sonra  məhkəb rəhbərliyi sərt tənqidlərə məruz qalıb. Bundan sonra  Əyalət Təhsil Departamenti işin əslini  araşdırmağa başlayıb. 

Məktəbin məlumatına görə, arxa fonda oturan şagirdlər 6 milyon Cənubi Afrikalının danışdığı Afrikaans dilini anlaya bilmədiklərinə görə onları digər şagirdlərdən ayırıblar. Əyalət şöbəsinin siyasi rəhbəri Sello Lehari bu izahatın qəbuledilməz olduğunu bildirib və müəllimin işini müvəqqəti olaraq dondurulub.

Skrinşot “abc.net.au” saytından götürülüb

Bundan sonra sosial mediada şagirdlərin bir stol atxasında oturduğunu əks etdirən fotolar paylaşılıb.

Skrinşot “potchefstroomherald.co.za” saytından götürülüb

 Ancaq yerli mətbuatın verdiyi məlumata görə, Əmək Məhkəməsi müəllimi günahsız hesab edib və müəllim Yelena Barkhuzen (Elana Barkhuizen) əvvəlki vəzifəsinə bərpa olunub.

 “Fakt Yoxla”nın gəldiyi nəticəyə “Xeberbiz.az” saytının paylaşdığı xəbər saxtadır.

Saxta Xəbər
  • 7 Dekabr, 2022
  • 447

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə