logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Etibar Əliyev: Dünya üzrə ibtidai və orta təhsil müəssisələrində kişi və qadın müəllimlərinin sayı ya bərabərdir, ya da kişilər üstünlük təşkil edir.

Etibar Əliyev: Dünya üzrə ibtidai və orta təhsil müəssisələrində kişi və qadın müəllimlərinin sayı ya bərabərdir, ya da kişilər üstünlük təşkil edir.

Xəbərin qısa icmalı

Sabiq deputat Etibar Əliyev iddia edib ki, dünya üzrə ibtidai və orta təhsil müəssisələrində kişi və qadın müəllimlərinin sayı ya bərabərdir, ya da kişilər üstünlük təşkil edir.

- UNESCO-nun 2024 Qlobal Təhsilin Monitorinqi üzrə hesabatına görə, dünyada ibtidai təhsil müəssisələrində qadın müəllimlərin payı 76%-dir. Bu göstərici orta təhsil müəssisələrində 59%-dir. Bu baxımdan yeganə istisna Səhraaltı Afrikadır. Orada 2022-ci il üzrə ibtidai sinif  müəllimlərinin 47%-i qadınlar təşkil edir. Qurumun məlumatına görə, 2015‑dən 2024-cü ilə qədər qadın müəllimlərin ibtidai və aşağı/yuxarı orta təhsil müəssisələrində payı da artıb.

- Bu tendensiya Azərbaycanda da müşahidə edilməkdədir. Belə ki, ümumi təhsil müəssisələrində qadın müəllimlərin payı 2000-ci ildə 68,5% olduğu halda, 2023-cü ildə 14,2% artaraq 82,7%-ə çatıb. 2023-ci il üzrə ibtidai sinif müəllimlərinin 94.2%-i, orta təhsil müəllimlərinin isə 85%-i qadınlar olub.

Sabiq deputat Etibar Əliyev iddia edib ki, dünya üzrə ibtidai və orta təhsil müəssisələrində kişi və qadın müəllimlərinin sayı ya bərabərdir, ya da kişilər üstünlük təşkil edir. O, bu iddianı təhsil problemləri haqqında danışarkən səsləndirib: “Dünyada qadın və kişi müəllimlərin sayında bərabərlik gözlənilir. Bəzi ölkələrdə bu, 50-50-dir, yaxud 60 faizlə kişilər üstünlük təşkil edir”, - deyə o, “demokrat.az”a deyib.

Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

UNESCO-nun 2024 Qlobal Təhsilin Monitorinqi üzrə hesabatına görə, dünyada ibtidai təhsil müəssisələrində qadın müəllimlərin payı 76%-dir. Bu göstərici orta təhsil müəssisələrində 59%-dir. Bu baxımdan yeganə istisna Səhraaltı Afrikadır. Orada 2022-ci il üzrə ibtidai sinif  müəllimlərinin 47%-i qadınlar təşkil edir. Qurumun məlumatına görə, 2015‑dən 2024-cü ilə qədər qadın müəllimlərin ibtidai və aşağı/yuxarı orta təhsil müəssisələrində payı da artıb.

Bu tendensiya Azərbaycanda da müşahidə edilməkdədir. Belə ki, ümumi təhsil müəssisələrində qadın müəllimlərin payı 2000-ci ildə 68,5% olduğu halda, 2023-cü ildə 14,2% artaraq 82,7%-ə çatıb. 2023-ci il üzrə ibtidai sinif müəllimlərinin 94.2%-i, orta təhsil müəllimlərinin isə 85%-i qadınlar olub.

Ümumi təhsil müəssisələrində qadın müəllimlərin payı

Mənbə: Dövlət Statistika Komitəsi

BMT və OECD kimi nüfuzlu beynəlxalq təşkilatların məlumatları göstərir ki, ölkələrin mütləq əksəriyyətində qadınlar müəllimlər ibtidai və orta təhsil səviyyələrində sayca kişilərdən çoxdur. Bu balans tarixi stereotiplər, iş saatlarındakı çeviklik və gender əsaslı əmək bazarındakı maaş fərqləri ilə izah olunur. Kişilər üçün müəllimlik peşəsi daha az gəlirli olduğundan, bu sahəyə maraqları daha azdır.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, Etibar Əliyevin iddiası yanlışdır.

Yanlış
  • 18 İyul, 2025
  • 39

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə