logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Emin Əmrullayev: “Son illər ərzində ali məktəblərə daxil olanların sayı ikiqat artıb”

Emin Əmrullayev: “Son illər ərzində ali məktəblərə daxil olanların sayı ikiqat artıb”

Foto "azertag.az"dan götürülüb.

“Son illər ərzində ali məktəblərə daxil olanların sayı ikiqat artıb. Yük artır və müvafiq olaraq rektorların fəaliyyətindən gözləntilər də artır”.

Təhsil naziri Emin Əmrullayev bu iddianı yerli mediaya müsahibəsində səsləndirib. 

 “Əlbəttə, əgər biz təhsilin keyfiyyətini yüksəltmək istəyiriksə, o zaman ali məktəblərin rəhbərlərinin fəaliyyətinə olan tələbləri də sərtləşdirməliyik. Sizə açıq deyim ki, son illər bizim onlara qarşı tələblərimiz sərtləşib”, - deyə nazir bildirib.

“Fakt Yoxla” təhsil nazirinin iddiasının doğru olub-olmadığını yoxlayıb. 

Təhsil naziri bu iddianı rektorların fəaliyyətini qiymətləndirərkən səsləndirib. 

İddianın kontekstindən məlum olur ki, nazir xarici ölkələrdəki ali məktəbləri deyil, Azərbaycanda olanları nəzərdə tutub. 

Ona görə də “Fakt Yoxla” yalnız Azərbaycandakı ali təhsil müəssisələrinə daxil olanları nəzərə alıb.

 

2009-2020-ci illərdə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayı

Dövlət Statistika Komitəsinin təhsillə bağlı göstəricilərindən aydın olur ki, son 6 il ərzində, yəni 2015-ci ildən 2021-ci ilədək, universitetə qəbul olanların sayındakı artım cəmi 9 min 86 nəfər və ya cəmi 27% təşkil edib.

10 illik zaman ərzində isə, ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayındakı artım 12 min 827 nəfərə və ya təxminən 43%-ə bərabərdir.

Nazirin dediyi kimi, ali təhsil müəssisələrinə daxil olanların sayının 2 dəfə artması üçün Azərbaycanda hər il tələbə adını qazananların sayı 2010-cu illə müqayisədə 60 min nəfərə, 2015-ci illə müqayisədə isə 67 min nəfərə bərabər olmalı idi, ancaq son tədris ilində ölkədə ali təhsil müəssisələrinə qəbul olanların sayı cəmi 43 min nəfər olub. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, nazirin iddiası əsasən yanlışdır.

Əsasən yanlış
  • 12 İyul, 2021
  • 201

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə