logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Bakı metrosunda çəkildiyi iddia edilən görüntülər

Bakı metrosunda çəkildiyi iddia edilən görüntülər

Xəbərin qısa icmalı

“İnstaqram” sosial şəbəkəsində 56 mindən çox izləyicisi olan “menbe.es” səhifəsi Bakı metrosunda bir kişinin saçını kəsdiyini iddia edən video paylaşıb.

- Video hələ bundan təxminən 2 il öncə, 2022-ci ilin fevral ayında Rusiyada müxtəlif platformalarda yayılıb. 17 fevral 2022-ci ildə “Moskva 24” telekanalı həmin hadisənin başqa rakursdan görüntüsünü paylaşıb. Xəbərdə videonun Moskva metrosunun  Sokolniçeskaya xəttində çəkildiyi qeyd edilib.

“İnstaqram” sosial şəbəkəsində 56 mindən çox izləyicisi olan “menbe.es” səhifəsi Bakı metrosunda bir kişinin saçını kəsdiyini iddia edən video paylaşıb.

Video 548 mindən çox izlənilib. 5 min 700-dən çox istifadəçi isə videonu paylaşıb.  

“menbe.es” səhifəsi, skrinşot İnstaqramdan götürülüb.

Skrinşot “menbe.es” instaqram səhifəsindən götürülüb.

Videonun izlənmə statistikası.  Skrinşot “menbe.es” instaqram səhifəsindən götürülüb.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.

Video hələ bundan təxminən 2 il öncə, 2022-ci ilin fevral ayında Rusiyada müxtəlif platformalarda yayılıb. 17 fevral 2022-ci ildə “Moskva 24” telekanalı həmin hadisənin başqa rakursdan görüntüsünü paylaşıb. Xəbərdə videonun Moskva metrosunun  Sokolniçeskaya xəttində çəkildiyi qeyd edilib.

18 fevral 2022-ci ildə “Moskva xəbərləri” adlı teleqram kanalı videonu “vaxtı dəyərləndirəndə və gözəllik salonlarına qənaət edəndə” başlığı ilə paylaşıb. 19 fevral 2022-ci ildə “msk-news.net”, “moslenta.ru” xəbər saytları da videonun Moskva metrosunda çəkildiyini bildirib. Rus sosial şəbəkə istifadəçiləri videonu  “youtube”, “tiktok” platformasında paylaşıblar. 

Skrinşotlar “youtube” və “tiktok”dan götürülüb.

Beləliklə, videonun çəkildiyi yer Bakı metrosu yox, Moskva metrosudur.

“Fakt Yoxla”nın gəldiyi qəanətə görə, görüntülərin Bakı metrosunda çəkilməsinə dair iddialar saxtadır.

Saxta xəbər
  • 18 Yanvar, 2024
  • 511

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə