logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

“APA”nın ABŞ-dakı silahlı atışmalarla bağlı yaydığı məlumat

“APA”nın ABŞ-dakı silahlı atışmalarla bağlı yaydığı məlumat

Martın 4-də Bakının Xətai rayonunda yerləşən “Bravo” marketinə silahlı hücümdan sonra “APA”  "KİV: ABŞ-da bu ilin əvvəlindən indiyə kimi 3 min nəfər atışmalarda ölüb“" başlıqlı xəbər yayımlayıb. Xəbərdə CNN”ə istinadən ABŞ-da 2023-cü ilin əvvəlindən başlayaraq martın 7-dək 3 000 nəfərin atışmalarda öldüyünü yazıb. 

“Fakt Yoxla”  xəbərin başlığındakı iddianın doğru olub-olmadığını yoxlayıb.

Skrinşot “CNN”dən götürülüb.

CNN”in yaydığı məlumata görə, 2023-cü il martın 7-nə ABŞ-da kütləvi atışmalarda ölənlərin sayı 153 nəfər təşkil edib. “CNN”in Silah Zorakılığı Arxivinə istinadən verdiyi izaha görə, kütləvi atışma hücum edən şəxs istisna olmaqla, ən azı 4 nəfərin vurulduğu situasiyanı əhatə edir. Silah Zorakılığı Arxivi (GVA) ABŞ-nin 50 ştatının hər birinin hüquq-mühafizə orqanları, media və hökümət mənbələrindən gələn silahlı zorakılıq və atışmaların məlumat bazasını saxlayan saytdır.

Skrinşot silah zorakılığı arxivindən götürülüb.

“CNN” dataları da Silah Zorakılığı Arxivindən götürüb. Mənbənin məlumatına görə, martın 7-dək ABŞ-da silahlı atışma və silahdan açılan atəş nəticəsində ölənlərin sayı 3569 olub. Bu göstərici yalnız kütləvi atışmada deyil, həmçinin silahla törədilən cinayətlər, ailədaxili zorakılıq, özünümüdafiə münaqişələri və qeyri-iradi açılan atəş nəticəsində dünyasını dəyişənlərin sayını da əhatə edir. 

Skrinşotlar silah zorakılığı arxivindən götürülüb.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “APA”nın yaydığı məlumatda xəbərin başlığı yanlışdır.

 

Yanlış
  • 23 Mart, 2023
  • 296

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə