logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

ABŞ əhalisinin 22 milyonu maşın evlərdə yaşayır?

ABŞ əhalisinin 22 milyonu maşın evlərdə yaşayır?

Xəbərin qısa icmalı

Azadlıq qəzetinin “Facebook” hesabında yayımlanan və Rusiya internet seqmentindən götürülmüş  paylaşımda bildirilir ki, ABŞ əhalisinin 22 milyonu maşın evlərdə (karavanlarda) yaşayır.  

“Ipsos” və “Go RVing” tərəfindən 2021-ci ildə aparılan araşdırma göstərir ki, ABŞ-da 11.2 milyon ev təsərrüfatının şəxsi maşın evi (karavanı) var. Həmçinin, bu maşın evlərin yalnız 1,5 faizi daimi yaşayış evi kimi istifadə edilir ki, bu da 168 min edir.

- Economist jurnalının 2021-ci ildə dərc edilən materialında da ev üçün istifadə edilən maşın evlərin, gəmilərin, van tipli avtomobillərin sayının 140 min olduğu bildirilir.

- 2018-ci ildə “Washingtonpost” tərəfindən xəbərdə bildirilir ki, 1 milyona yaxın insan daimi olaraq maşın evlərdə yaşayır.

 

Azadlıq qəzetinin “Facebook” hesabında yayımlanan və Rusiya internet seqmentindən götürülmüş  paylaşımda bildirilir ki, ABŞ əhalisinin 22 milyonu maşın evlərdə (karavanlarda) yaşayır.  

“Fakt Yoxla” ABŞ əhalisinin 22 milyonunun maşın evlərdə yaşamasının doğru olub-olmadığını araşdırıb.

“Ipsos” və “Go RVing” tərəfindən 2021-ci ildə aparılan araşdırma göstərir ki, ABŞ-da 11.2 milyon ev təsərrüfatının şəxsi maşın evi (karavanı) var. Həmçinin, bu maşın evlərin yalnız 1,5 faizi daimi yaşayış evi kimi istifadə edilir ki, bu da 168 min edir. Economist jurnalının 2021-ci ildə dərc edilən materialında da ev üçün istifadə edilən maşın evlərin, gəmilərin, van tipli avtomobillərin sayının 140 min olduğu bildirilir. Hər iki rəqəmi nəzərə alsaq bir maşın evə düşən sakin sayı təqribən 130-157 nəfər olmalıdır ki, bu da qeyri-mümkün görünür. 2018-ci ildə “Washingtonpost” tərəfindən xəbərdə bildirilir ki, 1 milyona yaxın insan daimi olaraq maşın evlərdə yaşayır. Bu tarixdən sonra ABŞ-da maşın evlərin və orada yaşayan əhalinin sayı barədə yeni məlumatlar yoxdur. 

22 milyon rəqəminə gəlincə, bu rəqəm mobil (daşınabilən) evlərdə yaşayan şəxslərin sayıdır. Bu evlər karavanlardan fərqli olaraq avtomobil formasında deyil. Bu tip evin hissələri fabriklərdə hazırlanır, kodlaşdırılır və müəyyən edilmiş ərazidə quraşdırılır.

“Fakt Yoxla”nın araşdırmasına görə, Azadlıq qəzetininyayımladığı videoda ABŞ əhalisinin 22 milyonunun maşın evlərdə yaşaması ilə bağlı məlumat yanlışdır. 

 

“facebook.com”, Azadlıq qəzeti

“outdoormiles.com”, Latest statistics and trends for RV industry

Yanlış
  • 21 İyul, 2023
  • 448

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə