logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

UEFA-nın “Qarabağ”ın 1 dəqiqəlik sükut sorğusuna imtina cavabı

UEFA-nın “Qarabağ”ın 1 dəqiqəlik sükut sorğusuna imtina cavabı

UEFA “Qarabağ” Futbol Klubunun Azərbaycan-Ermənistan sərhədindəki döyüşlərdə şəhid olan azərbaycanlı hərbçilərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi müraciətinə mənfi cavab verib. 

“Bizə UEFA-dan cavab gəldi ki, narahatlığınızı başa düşür, anlayışla qarşılayırıq. Lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik”, – deyə “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib.

“Fakt Yoxla” UEFA-nın (Avropa Futbol Assosiasiyaları Birliyi) bu qərarının onun son illərdə formalaşan təcrübəsinə uyğun olub-olmadığını araşdırıb.

Çempionlar Liqası və Avropa Liqası kimi qitənin ən uğurlu futbol klublarının qatıldığı yarışların təşkilatçılığını həyata keçirən UEFA bu açıqlamanı “Qarabağ”la “Nant” arasında Avropa Liqasının qrup mərhələsinin II turunun Bakıda keçirilən oyunundan əvvəl verib. 

Bu oyundan bir neçə gün öncə Azərbaycan-Ermənistan arasında başlayan döyüşlər 71 hərbçinin həyatını itirməsilə nəticələnmişdi. 

Avropada idman və  futbol oyunlarının keçirilməsi zamanı təhlükəsizlik qaydalarını tənzimləyən normativ-hüquqi sənədlər arasında zorakılığın və xuliqanlığın qarşısının alınmasına yönəlik bir sıra sənədlər var.

Onların arasında Avropa Şurasının 1985-ci il tarixli “İdman tədbirləri və xüsusilə futbol oyunları zamanı azərkeşlər tərəfindən zorakılığın və xuliqanlığın qarşısının alınması haqqında” Avropa Konvensiyası və onun təkmilləşdirilməsinə yönəlmiş, tənzimlənən münasibətlər spektrini genişləndirən 2016-cı il tarixli “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə dair vahid yanaşma haqqında” Konvensiya xüsusi yer tutur. Bu konvensiyalarda 1 dəqiqəlik sükutun keçirilməsi standartları barədə məlumata rast gəlinmir. 

Ağdamın “Qarabağ” FK-nın çıxış etdiyi UEFA Avropa Liqasının keçirilməsi qaydalarının əsasını UEFA Avropa Liqasının Qaydaları təşkil edir. Həmin qaydalarla yarışmanın sistemi, oyunların keçirilməsi və s. məsələlər tənzimlənir. Burada da 1 dəqiqəlik sükutun keçirilməsini tənzimləyən hər hansı müddəaya yer verilməyib. Bu isə onu deməyə əsas yaradır ki, anımla bağlı qərarlar UEFA tərəfindən vahid standarta əsasən qəbul edilmir.

UEFA son illər Dieqo MaradonaDavide Astori və Xose Antonio Reyesin vəfatı ilə bağlı 1 dəqiqəlik sükutun elan edilməsinə razılıq verib.  “Qarabağ”ın müraciətinin “futbol ilə bağlı olmaması” ilə əsaslandıran UEFA 2011-ci ildə Yaponiyada baş vermiş zəlzələ və sunami nəticəsində həyatlarını itirmiş şəxslərin, 2016-ci ildə Nitsa şəhərində baş vermiş terror qurbanlarının, 2020-ci ildə koronavirus səbəbindən həyatlarını itirənlərin, eləcə də “Qarabağ”- “Nant” oyunundan bir həftə əvvəl vəfat edən Böyük Britaniya kraliçası İkinci Yelizavetanın xatirəsinin yad edilməsi məqsədilə 1 dəqiqəlik sükut elan edilib. 

Dünyanın əksər siyasi güc mərkəzlərinin Ermənistan-Azərbaycan sərhəddində baş vermiş toqquşmanı gündəmlərinə daxil etməsi bu məsələnin də qlobal mahiyyət daşıdığını təsdiq edir. Belə ki, BMT Təhlükəsizlik Şurası bu toqquşmalara görə fövqaladə toplantı keçirb, ABŞFransaRusiya rəsmiləri ya regiona səfər edib, ya da insan itkiləri ilə bağlı tərəflərə başsağlığı veriblər.

Beləliklə, UEFA əvvəlki illərdə futbolla bağlı olmayan hadisələrin anım sükutuna müsbət cavab verib. Futbol yarışı normalarıyla bağlı sənədlərdə anım sükutu ilə bağlı müddəanın olmaması UEFA-nın bu qərarları şəxsi mülahizə əsasında verdiyinə dair qənaət yaradır.  

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, UEFA-nın “Qarabağ” Futbol Klubuna verdiyi cavab onun anım sükutu ilə bağlı əvvəlki təcrübələrinə uyğun gəlmir.

UEFA-nın imtina qərarı barədə mətbuat xidmətinin rəhbərinin məlumatı: https://qol.az/news/178138-uefa-qarabagin-1-deqiqelik-sukutla-bagli-muracietine-cavab-verdi

UEFA-nın rəsmi saytı: https://www.uefa.com/

1985-ci il tarixli Avropa Konvensiyası: https://rm.coe.int/168007a086

2016-cı il tarixli Avropa Konvensiyası: https://rm.coe.int/1680666d0b

UEFA Avropa Liqasının Qaydaları: https://documents.uefa.com/viewer/book-attachment/w~krgV00COZCDnocrXtzgA/G0gyleKCF5_VVFCXS0h3fw

Dieqo Maradonanın xatirəsinə 1 dəqiqəlik sükut: https://www.uefa.com/insideuefa/about-uefa/news/0263-10f1fecd826a-620d5ad4272d-1000--naples-remembers-maradona/

Davide Astorinin xatirəsinə 1 dəqiqəlik sükut: https://www.uefa.com/insideuefa/news/0243-0f8e5e2fb31d-fdade52a070c-1000--european-football-mourns-davide-astori/

Xose Antonio Reyesin xatirəsinə 1 dəqiqəlik sükut: https://www.uefa.com/insideuefa/about-uefa/news/0252-0f8e6c3c76e1-bcc5c6350d4c-1000--moment-s-silence-to-be-observed-for-jose-antonio-reyes/

Yaponiyada baş vermis təbii fəlakətlə bağlı 1 dəqiqəlik sükut: https://www.uefa.com/uefachampionsleague/news/01ef-0e77812197ce-cfe828268c62-1000--minute-s-silence-for-japan-at-all-uefa-matches/

Nitsa şəhərində baş vermis teraktla bağlı 1 dəqiqəlik sükut: https://www.uefa.com/insideuefa/news/022f-0f8e2feadb16-d4e0135ad41c-1000--uefa-shocked-by-events-in-nice/

COVİD-19 pandemiyası ilə bağlı 1 dəqiqəlik sükut: https://www.uefa.com/insideuefa/news/0260-100ae50c8bb2-8a83009ae79b-1000--uefa-says-thank-you-to-all-key-workers/

Kraliça Elizavetanın xatirəsinə 1 dəqiqəlik sükut: https://www.uefa.com/insideuefa/news/0279-16105eea4bf4-af0b6abf7d9c-1000--silence-for-queen-elizabeth-ii/

Spartak FK-nın 1 dəqiqəlik sükut üçün müraciəti: https://www.tatar-inform.ru/news/uefa-zapretilo-spartaku-provesti-minutu-molchaniya-v-pamyat-o-pogibshih-v-yuzhnoy-osetii?ysclid=l8g6stts14814356876

BMT TŞ fövqəladə toplantısı barədə rəsmi press-reliz: https://news.un.org/en/story/2022/09/1126721

Dövlət katibi Blinkenin xarici işlər nazirləri ilə üçtərəfli görüşü: https://www.state.gov/secretary-blinkens-trilateral-meeting-with-azerbaijan-and-armenia/

Fransanın Cənubi Qafqaz üzrə xüsusi səfirinin səfəri barədə press-reliz: https://www.diplomatie.gouv.fr/en/country-files/armenia/news/article/south-caucasus-q-a-sept-28-22?xtor=RSS-1

Nebenzyanın bəyənatı: https://tass.com/politics/1507543

Analiz
  • 8 Oktyabr, 2022
  • 1156

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə