logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Rusiyalı kosmonavtlar Ukraynaya dəstək verib?

Rusiyalı kosmonavtlar Ukraynaya dəstək verib?

Rusiyalı kosmonavtlar Ukraynaya dəstək məqsədilə bu ölkənin bayrağı rəngində olan geyimlərdə efirə çıxıblar.

İddianı sosial şəbəkədəki “Double Fun” səhifəsi, ictimai fəallar Orxan Baxışlı və İlkin Rüstəmzadə paylaşıblar.

https://lh4.googleusercontent.com/pbLucUtCU3NaGJ_elEbtBfi9s-l8I8HaWCu_tAV56fU_0ywGxjsGZePPRIPX0xiS7t8yKv97iyWnGsFrK0GH5hbn5yg-LvbH09NFPRLsWiudsmWH29W4JlaCX5C5c5bRElsHoSMK

Ekran görüntüsü “Double Fun” Facebook səhifəsindən götürülüb

 

https://lh5.googleusercontent.com/ldJVcwW2XisF-1rfeeSQFaWP9pnbc5AHxynZJswEx60mMbjQenvc9FTFth6UZDHltY0W71Vya3K6AbabbbmB7LsBB2J2KYpy6wvriGuY_FAtSpSEDX5dO1LcyvHifc4oNnMd6Bqu

Ekran görüntüsü Orxan Baxışlının Facebook profilindən götürülüb

 



 

https://lh4.googleusercontent.com/gjHHC25ZHA6gXsUaldF-7m_hh-y29Q2Zy_cMFMpwYte3EA7wDqXHElr0IswK8SPZrwCd3ecLmxrgDYIgOZ2bFWGlp-gStndos_WcyZipABuIWZT4jL11F4i-6vUZSEBJZE2KuvG1

Ekran görüntüsü İlkin Rüstəmzadənin Facebook profilindən götürülüb


“Fakt Yoxla” iddianı yoxlayıb.

Fotodakı şəxslər Rusiya kosmonavtları Oleq ArtemyevDenis Matveyev və Sergey Korsakovdur. Onlar Bauman adına Moskva Dövlət Texniki Universitetinin məzunlarıdır.

Missiyanın komandiri Oleq Artemyev bu il martın 18-də canlı yayımda “Niyə sizin geyimlərin rəngi sarıdır, ekipaj üzvlərinin paltarları isə boz rəngdədir?” sualına cavabında deyib ki, eynilik olmasın deyə hər bir ekipaj geyim və kombinezonu özü seçir.

“Sarı rəngdə olan xeyli material var idi, işlətmək lazım idi. Ona görə də sarı rəngi seçməli olduq”, ‒ deyə Artemyev vurğulayıb. Geyim uçuşa təxminən altı ay qalmış tikilir [1:15:30-1:16:05]

Oleq Artemyev bu geyimdə daha öncə də şəkil paylaşıb.

https://lh4.googleusercontent.com/yUPmmoyemOCa7tqs00hfKhC7UpZj3Fq7epbDd-ol8QkzoaZjZkS0E521kKbEsz1jF93HNXwhRYTi88dUwJUfMn2gvI28_KBcsP0WuhgaysZ_dBInSts3jeVxpRN58PA49LebrYxV

Rusiya Kosmik Agentliyi (“Roskosmos”) bildirib ki, bu rənglər Bauman adına Moskva Dövlət Texniki Universitetini təmsil edir. Belə ki, universitetin rəsmi logosu sarı, mavi və ağ rənglərdən ibarətdir.

https://lh3.googleusercontent.com/uFkbrQ0di5xQKwInRVzrRptz4kk1QKDJK1IhOjUaUTJ7OD9uzGGnlRkXzZ-GQ6BIT6a1mOgQ_pHfuQXgRYSyxjjGCvMao-4Gb2vEuTalI655H03osa7e0JOxuVfwiS54AAh3t3-2

Skrinşot Bauman adına Moskva Dövlət Texniki Universitetinin saytından götürülüb.

  

 

“Roskosmos”un direktoru Dmitri Roqozin rəsmi Twitter hesabında rənglərin universitetlə bağlı olduğunu və rənglərdən imtina etməyəcəklərini bildirib.

https://lh4.googleusercontent.com/qg-izzNdVIFVFz0lw4tQhQeUDOPtoyd5neXA0zbEQIWdls-_WZHrHl7iEvX6Rw4T_V_hYkm_nu4yvYhUlDzt7dVlRuet25EhdnjQNxTvb3lx5TTS11RXVHM7uLQgXZGirBP2qTTA

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, rusiyalı kosmonavtların Ukraynaya dəstək məqsədilə Ukrayna bayrağının rənglərində olan kombinezonda canlı yayıma çıxdıqlarına dair xəbərlər saxtadır.

Saxta Xəbər
  • 4 Aprel, 2022
  • 606

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə