logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Rüfət Quliyev: "Azərbaycanda alıcılıq qabiliyyəti Gürcüstandan və Ermənistandan qat-qat yüksəkdir"

Rüfət Quliyev: "Azərbaycanda alıcılıq qabiliyyəti Gürcüstandan və Ermənistandan qat-qat yüksəkdir"

“Azərbaycanda alıcılıq qabiliyyəti Gürcüstandan və Ermənistandan qat-qat yüksəkdir”. 

Bunu Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev  “abzas.org”a açıqlamasında deyib.

“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını araşdırıb.

Azərbaycanda alıcılıq qabiliyyətinə dair iddianı yoxlamaq üçün hər üç ölkə üzrə orta aylıq və minimum əmək haqqının yaşayış minimumuna nisbətini hesablamaq lazımdır. 

Azərbaycanda yaşayış minimumu 210 manat təşkil edir. Ölkədə orta aylıq əmək haqqı 827 manata, orta aylıq pensiya 399 manata bərabərdir. Beləliklə, Azərbaycanda orta aylıq əmək haqqı yaşayış minimumundan 3.9 dəfə, orta aylıq pensiya isə 1.9 dəfə çoxdur.

Gürcüstanda yaşayış minimumu 245 lari ( 160 manat ) təşkil edir. Bu ölkədə orta aylıq əmək haqqı göstəricisi 1541 lariyə (968 manat) bərabərdir. Beləliklə, Gürcüstanda orta aylıq əmək haqqı yaşayış minimumundan 6 dəfə yüksəkdir.

Gürcüstanda pensiyalar yaşayış yerinə və yaşa görə dəyişir. Hazırda bu ölkədə ən yüksək təqaüdü yaşı 70-dən çox olan və yüksək dağlıq ərazilərdə yaşayan şəxslər alırlar. Onların əldə etdiyi pensiya məbləği 360 lariyə (227 manat) bərabərdir.

Yüksək dağlıq ərazilərdə yaşamayanlar kateqoriyasına daxil edilən və yaşı 70-dən az olan şəxslər 260 lari (164 manat) təqaüd alırlar. Bununla da, ölkədə orta aylıq pensiya yaşayış minimumundan 1-1.4 dəfə çoxdur.

Ermənistanda yaşayış minimumunun dəyəri bu ilin əvvəlində 73.400 drama (320 manata) bərabər olub.  Bu ölkədə orta aylıq əmək haqqı məbləği 236.742 dramdır ( 1033 manat).  Deməli, Ermənistanda orta aylıq əmək haqqı yaşayış minimumundan 3.2 dəfə çoxdur.

Ermənistanda hazırkı orta aylıq pensiya məbləği isə, 46.500 dram (203 manat) ) təşkil edir. Bu ölkədə orta aylıq pensiya məbləği yaşayış minimumundan geri qalır. Deməli, Ermənistanda orta aylıq pensiyanın yaşayış minimumuna nisbəti 0.6-dır.

Cənubi Qafqazda  əhalinin gəlirləri (manat)

Beləliklə, Gürcüstanda orta aylıq əməkhaqqı yaşayış minimumundan  6,1 dəfə, Ermənistanda 3,2 dəfə, Azərbaycanda 3,9 dəfə çoxdur. Gürcüstanda orta aylıq pensiya yaşayış minimumundan 1-1.4, Azərbaycanda isə 1.9 dəfə artıqdır. Ermənistanda isə bu göstəricilərin nisbət 0.6 təşkil edir. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə,  Rüfət Quliyevin iddiası yanlışdır.

Yanlış
  • 13 Dekabr, 2022
  • 386

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə