logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Yaponiya alimlərinin görünməzliyi kəşf etdiyinə dair iddia

Yaponiya alimlərinin görünməzliyi kəşf etdiyinə dair iddia

Azərbaycanda, eləcə də bir çox ölkənin sosial şəbəkə seqmentində bir qadının üzərinə parça tutaraq görünməz olduğunu əks etdirən video yayılıb. 

Paylaşılan postlarda “Yaponiya alimlərinin görünməzliyi kəşf etdikləri” iddia olunur. 

Videodakı şəxs əlindəki parça ilə üzərini örtəndən sonra yoxa çıxır. 

Skrinşot “How things are manufactured”adlı “Twitter” hesabından götürülüb.

“Fakt Yoxla” həmin görüntülərə dair iddiaların doğru olub-olmadığını yoxlayıb. 

Video ilk dəfə  noyabrın 17-də  “Great Videos” adlı “Twitter” hesabında paylaşılıb. Həmin postda Yaponiya alimlərinin insanı görünməz edən örtük ixtira etdiyi yazılıb. 

Qeyd edək ki, videoda istifadə edilən “görünməzlik texnikası” iyirmi il əvvəl “Harry Porter” filmlər seriyasında nümayiş edilmişdi. 

Filmin qəhrəmanı  parçadan istifadə edərək görünməz ola biləcəyini göstərməyə çalışırdı.

    

Skrinşot “Harry Receives The Invisibility Cloak” adlı “YouTube” videosundan götürülüb.

“Görünməzlik” texnikasının necə işlədiyinə dair məlumatlar internetdə əvvəllər də dərc edilib. Məsələn, “KivoxEnder” adlı “YouTube” kanalının 3 il əvvəl paylaşdığı videoda “görünməzlik texnikası” haqqında gen-bol məlumat verilib. 

Sehrli abu-hava yaratmaq üçün çəkilişlərdə yaşıl və ya mavi rəngli parçadan istifadə olunur, kadrları redaktə edərkən montajda xüsusi düzəlişlər edilir.  

Görünməzliyin ixtira edildiyinə dair yayılan videoda da bu redaktə texnikasından istifadə olunub. Videonun sağ tərəfində çəkiliş zamanı yaşıl parçadan istifadə edildiyini sübut edən yaşıl xətt görünür.

Skrinşot “How things are manufactured” adlı “Twitter” hesabından götürülüb. 

 

On beş ildir film montajı ilə məşğul olan Rauf Əliyev deyir ki, “görünməz” redaktə bir görüntüdə iki fərqli səhnəni birləşdirir. 

Onun sözlərinə görə, keyfiyyətli işləyəndə görünməz redaktələr o qədər axıcı olur ki, əksəriyyət kəsilmənin olduğunu ayırd edə bilmir. 

“Araşdırdığınız bu videoda bir neçə texniki qüsur var. Əgər parça görünməz olsaydı, şəxsin arxasındakı görüntülər də görünməz olmalı idi. Burada sadəcə 2 video çəkilib, biri ofisin görüntüsü, digəri isə həmin şəxsin yaşıl xromakeydə kadrı. Yaşıl seçilməsinə səbəb də bu rəngin insanın bədənin rəngindən çox uzaq olması ilə bağlıdır. Əsasən, xromakey çəkilişində adamlara yaşıl rəngdə geyim istifadə edilməsin deyirlər ki, burada da qadının əynində yaşıl heç nə yoxdur. Videoya düzəliş ediləndə də istifadə edilən xromakey parça yaxşı silinməyib, videonun kənarında qalıb”, –  Əliyev “Fakt Yoxla”ya deyib.

Skrinşot “Adobe Premiere” proqramından götürülüb

Foto və videoların redaktəsi zamanı görünməzlikdən istifadə bəzi gülməli paylaşımlarla nəticələnir. O cümlədən, ABŞ-nin o sabiq birinci xanımı Melaniya Trampın geyindiyi yaşıl rəngli paltarda bəzi yaradıcı redaktələr edilib. 

Skrinşot “Nowthisnews.com” vebsaytından götürülüb

Kreativ direktor Dastin Maklin 2012-ci ilin mayında “YouTube” kanalında 'Görünməzlik pərdəsi - pərdə arxasında' başlığı ilə paylaşdığı videoda görünməzlik texnikalarını izah edib. 

Peşəkar kinorejissor Colin Dougan da deyir ki, “Adobe Premiere” kimi redaktə proqramı ilə fonu şəffaflaşdırmaq və görüntüyə kompozisiya kimi tanınan proses vasitəsilə istənilən obyeki əlavə etmək mümkündür.

Qeyd edək ki, artıq bu texnologiya hamı üçün əlçatandır. “Harri Potter” filmindəki  plaş və həmin səhnəni yaratmaqla bağlı tətbiq hazırda satışdadır. İstənilən ölkənin vətəndaşı bu geyim və texnikanı əldə edə bilər.

Beləliklə, Yaponiya alimlərinin görünməzliyi kəşf etdiyi iddia olunan video əslində redaktə olunub.  

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə iddia yalandır

 “Facebook.com”, Aqil Layıcın şəxsi hesabında paylaşdığı post

 “Twitter.com”, “How Things Are Manufactured” adlı hesabın paylaşdığı post

 “Twitter.com”, “Great videos" adlı hesabın paylaşdığı post

 “Youtube.com”, Harry Receives The Invisibility Cloak | Harry Potter and the Sorcerer's Stone

 “Youtube.com”, Invisibility Cloak Review

 “Nowthisnews.com”, The Internet Had A Field Day With Melania Trump’s “Green Screen” Dress At The RNC

 “Youtube.com”, Invisibility Cloak - Behind The Scenes

 “Adobe.com”, What is chroma key?

 “Amazon.com”, WOW! Stuff Collection Harry Potter Invisibility Cloak Deluxe Version

Yalan
  • 7 Dekabr, 2022
  • 1677

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə