logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

“Tipik İqtisadçı Ekspert”: “Meymun çiçəyi virusuna əsasən homoseksuallar yoluxur”

“Tipik İqtisadçı Ekspert”: “Meymun çiçəyi virusuna əsasən homoseksuallar yoluxur”

“Tipik İqtisadçı Ekspert” teleqram kanalı iddia edib ki, meymun çiçəyi xəstəliyinə əksər hallarda LGBTQ+ fərdləri yoluxur. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Virus haqqında

Meymun çiçəyi ilk dəfə 1958-ci ildə tədqiqat üçün saxlanılan meymun koloniyasında aşkar edilib. İnsanlar arasında bu virusa ilk yoluxma 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb. 

Mərkəzi və Qərbi Afrika ölkələrində yayılmağa başlayan virus daha sonra  səyahət və heyvan idxalı nəticəsində digər qitələrə də ayaq açıb.  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, mayın 21-nə meymun çiçəyinə yoluxanların sayı 92 olub. Şünhəli görünən 28 halla bağlı müayinələr davam etdirilir. 

Bu virusun simptomları çiçək xəstəliyinin simptomlarına bənzəsə də, yüngül keçir. İlkin əlamətlər qızdırma, baş ağrısı, əzələ ağrıları və yorğunluqla başlayır. Çiçək xəstəliyindən fərqli olaraq, meymun çiçəyi limfa düyünlərinin şişməsinə səbəb olur.

Meymun çiçəyinin inkubasiya dövrü (infeksiyadan simptomlara qədər) adətən 7−14 gün təşkil edir, lakin bu müddət 5−21 gün arasında da dəyişə bilər.

Virusa kim necə yoluxa bilər?

Meymun çiçəyinə zədələnmiş dəri toxumaları, bədən mayeləri, tənəffüs damcıları, və ya istifadə edilmiş yataq dəsti ilə sıx təmas nəticəsində yoluxmaq mümkündür.

ÜST-yə görə, əsas risk qruplarına meymun çiçəyinə yoluxmuş şəxslərlə yaxın fiziki təmasda olan şəxslər daxildir.  Təşkilat həmçinin vurğulayıb ki, bu risk qrupunu LGBTQ+ icması ilə məhdudlaşdırmaq doğru yanaşma deyil. 

London İmperial Kollecinin İnfeksion Xəstəliklər departamentinin viroloqu Mayk Skinner  “Newsweek”ə müsahibəsində meymun çiçəyinin heteroseksual şəxslər arasında da yayıla biləcəyini qeyd edib. O virus haqqında məlumat yayanlara yoluxanların cinsi orientasiyasına fokuslanmaqdan çəkinməyi tövisyə edib.

Viroloqun sözlərinə görə, cinsi aktiv bir heteroseksual meymun çiçəyinə yoluxubsa, onun təmasda olduğu şəxslərdə də yoluxma qeydə alına bilər. "Beləliklə, biz cinsi orientasiyaya deyil, geniş əlaqə şəbəkəsində yaxın/intim əlaqələrin sayına diqqət yetirməliyik”, – deyə Skkiner əlavə edib.

BMT-nin HİV/AİDS üzrə Birgə Proqramı media qumlarını, hökumətləri və toplum nümayəndələrini yoluxanları damğalamaqdan uzaq olmağa, məlumatları yayarkən sübutlara əsaslananmağa səsləyib. 

“Başqalarına damğa vurmaq və günahlandırmaq bu kimi epidemiyalar zamanı effektiv tədbir görmək üçün inam və imkanları sarsıdır”, – deyə BMT-nin HİV/AİDS üzrə Birgə Proqramının icraçı direktorunun müavini Metyu Kavanaq deyib. 

Bəzi yoluxma halları kişilərlə cinsi münasibətdə olan gey, biseksual olan kişilərin müraciət etdiyi cinsi sağlamlıq klinikaları vasitəsilə müəyyənləşdirilib. Amma qeyd emək lazımdır ki, virusa yoluxma tək bu icmanın fərdləri ilə məhdudlaşmır. Yoluxmuş şəxslə kontaktda olan istənilən şəxs risk altındadır”, – deyə ÜST-nın mayın 25-də yaydığı məlumatda qeyd olunub.

Beləliklə, “Tipik İqtisadçı Ekspert” səhifəsi virusa dair məlumatı kontekstdən çıxararaq LGBTQ+ fərdlərinə qarşı homofobik stereotipləri körükləyən formatda yayıb. Meymun çiçəyinə yoluxma riski tək bu icmanın üzvləri üçün yox, heteroseksuallar üçün də eyni dərəcədə yuxarıdır. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “Tipik İqtisadçı Ekspert” teleqram kanalı meymun çiçəyinə dair paylaşdığı postda faktlarla manipulyasiyaya yol verib. 

Faktlarla manipulyasiya
  • 31 May, 2022
  • 1991

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə