logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Razi Nurullayev: “Ölənlərin əksəriyyəti 57-62 yaş arasındadır”

Razi Nurullayev: “Ölənlərin əksəriyyəti 57-62 yaş arasındadır”

“Son illər həyatını itirənlərin əksəriyyəti 57-62 yaş arasındadır…”

Bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib. 

“Fakt Yoxla” Razi Nurullayevin bu iddiasını yoxlayıb.

Dövlət Statistika Komitəsindən “Fakt Yoxla”nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda 2017-2021-ci illərdə 57-62 yaş arasında ölənlərin sayı müvafiq olaraq 6921, 7008, 7022, 10242 və 10285 nəfər təşkil edib. 2020 və 2021-ci illərdə ölənlərin sayındakı kəskin artım COVID-19 pandemiyası ilə əlaqədar olub. 

Cədvəl 1. Yaş qrupları üzrə ölənlərin ümumi sayı, nəfərlə

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Cədvəl 1-dən də göründüyü kimi 57-62 yaş qrupundakı ölənlərin mütləq sayı 65-74 arasında yerləşən 2 yaş qrupundakı ölənlərin sayından çoxdur. 75-79 yaş qrupunda 2017 və 2018-ci illər üzrə ölüm sayı 57-62 yaş qrupundan çox olsa da, digər illərdə 2-cidən geri qalır. Müqayisə aparılan illərdə ən çox ölümlərin qeydə alındığı yaş qrupu 80-84 yaşlılar olub. 

Bir yaş qrupunda 1000 nəfərə düşən ölüm sayının müqayisəsi zamanı məlum olub ki, yaş artdıqca 1000 nəfərə düşən ölüm sayı da artıb. Belə ki, qeyd edilən yaş qruplarında 1000 nəfərə düşən ölüm sayında ən aşağı nəticə 57-62 yaşlılara məxsusdur. Digər qruplarda bu göstərici daha yüksəkdir. 

Cədvəl 2. Yaş qrupları üzrə əhalinin hər 1000 nəfərinə düşən ölüm sayı, nəfərlə

Mənbə:  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Cədvəl 3-dən də göründüyü kimi illər ərzində 57-62 yaş qrupunda hər 1000 nəfərə düşən ölüm sayı 10,6-14,0 arası dəyişərkən, digər yaş qruplarında daha yüksəkdir.

Müvafiq yaş qruplarındakı ölənlərin ümumi ölən əhali arasındakı payının hesablanması zamanı maraqlı tendensiyalar ortaya çıxıb. Belə ki, bu göstərici 65-74 arası yaş qrupunda azalan tempdə inkişaf etsə də, 75-84 arası yaş qrupunda artıb. Lakin 85 və yuxarı yaş qrupunda yenidən azalma müşahidə olunub. Cədvəl 4-dən də göründüyü kimi Azərbaycan Respublikasında ümumi ölən əhali arasında 80-84 yaş arası əhalinin payı ən çoxdur. Başqa sözlə, 57-62 yaş qrupunda olan insanlar arasında ölümlərin payı bu illər ərzində ümumi ölümlərin 12,1-13,4%-ni təşkil edib.   

 Cədvəl 3. Yaş qrupları üzrə ölənlərin ümumi ölən əhali arasında payı, faizlə

Mənbə:  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Burada xüsusi bir nüans qeyd edilməlidir ki, iddiada 57-62 yaş qrupu qeyd edilib. Bu qrup 6 yaşı əhatə edərkən, digər qruplar cəmi 5 yaşı əhatə edir. Bu baxımdan ölüm sayı 57-62 yaş qrupunda digərlərinə nəzərən daha çox ortaya çıxa bilər. Bunun nəticəyə nə qədər təsir etdiyini görmək üçün, bir yaşa düşən ölüm sayına da nəzər salaq. 

Cədvəl 4. Hər yaş qrupu üzrə 1 yaşa düşən ölümün orta statistik sayı, nəfərlə

Cədvəl 4-dən də göründüyü kimi yaş qrupları arasında hər yaşa düşən ölümün sayına görə 57-62 yaş qrupu 70-74 və 75-79 yaş qrupundan üstün olsa da, digər yaş qruplarından geridə qalır. 

Beləliklə, Azərbaycanda 57 yaşdan yuxarı yaş qrupları arasında baş verən ölüm halları 4 perspektivdən müqayisə edilib. 

Yaş qrupları üzrə ölənlərin ümumi sayında 57-62 yaş arası ölənlər 65-69 və 70-74 yaş arasında yerləşən 2 yaş qrupundan tamamilə, 75-79 yaş qrupundan qismən çox olsa da, sonrakı yaş qruplarından aşağıdır.

Yaş qrupları üzrə hər 1000 nəfərə düşən ölüm sayında 65-dən yuxarı bütün yaş qrupları 57-62 yaş qrupundan daha yüksəkdir. 

Yaş qrupları üzrə ölənlərin ümumi ölən əhali arasında payı göstəricisində 57-62 yaş qrupu 80-dən yuxarı iki yaş qrupundan da geridə qalır. 

Nəhayət, hər yaş qrupunda bir yaşa düşən ölüm sayına görə 57-62 yaş qrupu 70-74 və 75-79 yaş qrupundan irəlidə, digər yaş qruplarından geridədir. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputat Razi Nurullayevin iddiası  yanlışdır. 

Yanlış
  • 26 Aprel, 2023
  • 3745

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə