logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Azərbaycandakı ən kiçik kəndlə bağlı iddia

Azərbaycandakı ən kiçik kəndlə bağlı iddia

Coğrafiya müəllimi Musa” adlı İnstaqram hesabının paylaşdığı postda bildirilir ki, Şamaxı rayonunun Acıdərə kəndi Azərbaycanda ən kiçik kənddir və bu kənddə cəmi 1 nəfər yaşayır.

Foto “Coğrafiya müəllimi Musa” İnstaqram  səhifəsindən götürülüb.

 

Albert Eynişeydi” adlı feysbuk səhifəsi də bu məlumatı 2021-cu ildə dərc edib.

Foto “Albert Eynişeydi” feysbuk  səhifəsindən götürülüb.

“Fakt Yoxla” bu iddanın doğru olub-olmadığını yoxlayıb.

Səhifənin paylaşdığı postda iki iddia var:

1.  Fotodakı mənzərə Acıdərə kəndi kimi izləyicilərə təqdim olunur
2. Azərbaycanın əhalisinin sayına görə ən kiçik kəndinin Acıdərə kəndi olduğu irəli sürülür. Acı dərə kəndində 1 insanın yaşadığı iddia olunur.

1-ci iddia:

“Google reverse image” və “Tineye” proqramlarında axtarış aparanda məlum oldu ki, fotoda 7 sentyabr 1964-cü ildə Bolqarıstanda yaradılmış Etar Etnoqrafiya Muzeyinindir. Muzey açıq səma altında fəaliyyət göstərir və Qabrova şəhərindən 8 km cənuba tərəf yerləşir. Muzey haqqında daha geniş məlumatı “Museums of The World”  saytından əldə etmək mümkünüdür. Muzeyin fotolarına  “123rf.com” saytında baxmaq olar.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə foto ilə bağlı iddia saxtadır.

2-ci iddia:

Acı dərə[1]  kəndi Şamaxı rayonu Göylər inzibati ərazi dairəsinin tabeçiliyində olan kənddir. Kənd rayon mərkəzindən 25 km cənubda yerləşir.

İnsanoid.com”, “Teleqraf.com”, “Axar.az”, “Baku tv” Acı dərə kəndini 1 nəfərin yaşadığı kənd kimi təqdim etsə də, rəsmi resurslarda bu məlumata rast gəlinmir.

Foto Statistika Komitəsinə göndərilən sorğuya verilən cavabı əks etdirir.

Dövlət Statistika Komitəsinin [2] sorğuya verdiyi cavabdan da görünür ki, bir nəfər əhalisi olan kəndlər İsmayıllı rayonunun Gənzə və Pirəqanım kəndləri, Neftçala rayonunun Kürdili kəndidir. Siyahıda Acıdərə kəndi yoxdur.

Acıdərə kənd sakini Gülbaba Allahverdiyevdən aldığımız məlumata görə Acıdərə kəndi əsasən maldarlıqla məşğuldur. Onun dediyinə görə Acıdərə kəndində hazırda 6 ailə 16 nəfər əhali yaşayır. Kənddə 6 ailə yaşamasına baxmayaraq toplam 30 ailə kənddən əldə edilən maldarlıq məhsulları ilə dolanır.

Kəndə səfər zamanı kəndin orijinal fotoları çəkilib. Qeyd edək ki Gülbala bəy çobanlıq edir. Onun günü əsasən təbiət qoynunda keçir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Acıdərə kəndində 1 nəfərin yaşadığına dair iddia saxtadır.

Saxta xəbər
  • 7 Dekabr, 2022
  • 2956

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə