logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Siyavuş Novruzov: “Dövlət tərəfindən ayrılan dotasiyalar eyni bələdiyyələrə verilir”

Siyavuş Novruzov: “Dövlət tərəfindən ayrılan dotasiyalar eyni bələdiyyələrə verilir”

“Nədənsə  bələdiyyələr üçün ayrılan dotasiyalar eyni bələdiyyələrə verilir. Niyə hər dəfə eyni bələdiyyə dotasiya alır?!”  Lakin həmişə zəif dotasiya alanlar sonrakı illərdə dəstək ala bilmir”.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bunu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını yoxlayıb. 

Bələdiyyə institutunun yarandığı ilk dövrdə Azərbaycanda 2700-dən çox bələdiyyə fəaliyyət göstərib. 2009-cu ildə onların sayı 1718-ə, 2014-cü ildə 1607-yə endirilib. Bu proses “Bələdiyyələrin birləşməsi, ayrılması və birgə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq həyata keçirilib. 

Dövlət büdcəsində yerli büdcələr (bələdiyyələr) üçün nəzərdə tutulmuş dotasiya Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq olunaraq ildə bir dəfə ayrılır. 2022-2023-cü illərdə bələdiyyələrə müvafiq olaraq  5 300 000 və 5 500 000 AZN subsidiya verilib. 

Yerli idarəetmə orqanlarına subsidiya ilə yanaşı, subvensiya da ayrılır. 2023-cü ilin dövlət büdcəsində bələdiyyələr üçün nəzərdə tutulmuş subvensiyanın məbləği 1 milyon 550 min manat təşkil edib. Ancaq, hökumət bələdiyyələrin layihələr üzrə əldə etdikləri subvensiyalara dair məlumatları da ictimaiyyətə açıqlanmır. 

Bələdiyyələrə ayrılan dotasiya və subvensiyalar (AZN)

Qeyd edək ki, Maliyyə Nazirliyi hər bir bələdiyyəyə ayrılan dotasiyanın məbləğini qapalı saxlayır. Halbuki, “İnformasiya əldə etmək haqqında” Qanunun 29-cu maddəsinə əsasən, bu tip məlumatlar açıq və saytda yayılması məcburi olan məlumatlar hesab edilir.  

Siyavuş Novruzovun iddiasına gəlincə, Maliyyə Nazirliyindən “Fakt Yoxla”ya bildirilib ki, 2018-2020-ci illərdə 1607, 2021-2022-ci illərdə isə 1606 bələdiyyəyə dövlət büdcəsindən dotasiya ayrılıb. Nazirliyin məlumatına görə, son iki ildə ancaq 1 bələdiyyəyə dotasiya verilməyib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Siyavuş Novruzovun iddiası yanlışdır.

 

report.az”, Nədənsə dövlət dotasiyaları eyni bələdiyyələrə verir

“Azərbaycan qəzeti”, Yeni seçkilər bələdiyyələrin fəaliyyətinin daha səmərəli olmasına xidmət edəcək

“e-derslik.edu.az”, Bələdiyyə orqanlarının fəaliyyəti

Maliyyə Nazirliyinin “Fakt Yoxla”nın sorğusuna cavabı

2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun

2019-cu ilin dövlət büdcəsinin icrası haqqında qanun

2020-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun

2021-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun

2022-ci ilin dövlət büdcəsi haqqında qanun

2023-cü ilin dövlət büdcəsi haqqında qanun

2023-cü ilin dövlət büdcəsi

Yanlış
  • 22 Mart, 2023
  • 141

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə