logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Saxta xəbər: Ərdoğanın vasitəçiliyi ilə HƏMAS qruplaşması tərəfindən əsir götürülən 3 İsrail vətəndaşı azad edilib

Saxta xəbər: Ərdoğanın vasitəçiliyi ilə HƏMAS qruplaşması tərəfindən əsir götürülən 3 İsrail vətəndaşı azad edilib

Xəbərin qısa icmalı

“Telegram” sosial şəbəkəsində 65 mindən çox izləyicisi olan ŞEDEVR+ kanalı Əl-Cəzirə xəbər agentliyinə istinadən bildirib ki, Ərdoğanın vasitəçiliyi ilə HƏMAS tərəfindən Qəzzada əsir götürülən 3 İsrail vətəndaşı azad edilərək İsrail tərəfinə geri qaytarılıb.

- HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadası əsirlikdə saxlanılan 1 qadın və 2 uşağın azadlığa buraxılmasını əks etdirən video yayıb. Videogörüntü bazar ertəsi (11 oktyabr) Əl-Cəzirə telekanalı tərəfindən də yayılıb. Lakin əsirlərin Türkiyə Prezidentinin vasitəçiliyi ilə azad edilməsi nə Əl-Cəzirə, nə də digər media orqanlarının xəbərlərində qeyd olunub.

“Ərdoğanın vasitəçiliyi ilə HƏMAS tərəfindən Qəzzada əsir götürülən 3 İsrail vətəndaşı azad edilərək İsrail tərəfinə geri qaytarılıb”

Bunu “Telegram” sosial şəbəkəsində 65 mindən çox izləyicisi olan ŞEDEVR+ kanalı Əl-Cəzirə xəbər agentliyinə istinadən bildirib. Paylaşımı 18 minə yaxın insan görüb. 

“Fakt Yoxla” bu xəbərin doğru olub-olmadığını yoxlayıb. 

Skrinşot ŞEDEVR + Telegram kanalı

Fələstinli silahlı qruplaşmalarla İsrail arasında oktyabrın 7-dən başlayan müharibədən sonra HƏMAS 150-ə yaxın israillini əsir götürüb. Qruplaşma İsrail həbsxanalarında saxlanılan 4500-ə yaxın fələstinlinin azad edilməsini tələb edir. HƏMAS-ın hücumundan sonra İsrail Qəzzanı havadan raketlərlə və hərbi təyyarələrlə bombalamağa başlayıb. BMT-nin Fələstin Qaçqın Agentliyinin məlumatına görə, Qəzzada yaşayan 250 mindən artıq sakin İsrail bombardmanı nəticəsində evini itirib. İsrail tərəfindən ölənlərin sayı 1300-ü, ölən fələstinli sivillərin sayı isə 1100-ü keçib. Ölən və yaralananların sayı artmaqdadır.

HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadası əsirlikdə saxlanılan 1 qadın və 2 uşağın azadlığa buraxılmasını əks etdirən video yayıb. Videogörüntü bazar ertəsi (11 oktyabr) Əl-Cəzirə telekanalı tərəfindən də yayılıb. Lakin əsirlərin Türkiyə Prezidentinin vasitəçiliyi ilə azad edilməsi nə Əl-Cəzirə, nə də digər media orqanlarının xəbərlərində qeyd olunub.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, israilli əsirlərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə azadlığa buraxılması xəbəri saxtadır.

Saxta
  • 18 Oktyabr, 2023
  • 577

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə