logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Niyaməddin Orduxanlı: “Bələdiyyə seçkilərinin keçirilməsi üçün Prezidentin sərəncamı olmalıdır”

Niyaməddin Orduxanlı: “Bələdiyyə seçkilərinin keçirilməsi üçün Prezidentin sərəncamı olmalıdır”

Xəbərin qısa icmalı

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bələdiyyə seçkilərindən danışarkən bildirib ki, qanunvericiliyə görə, seçkinin keçirilməsi üçün ölkə Prezidentinin sərəncamı olmalıdır.

- Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı məsələlər Seçki Məcəlləsi ilə tənzimlənir. Seçki Məcəlləsinin 213-cü maddəsinə əsasən, bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində mediada rəsmi dərc edilməlidir.

Azərbaycan Konstitusiyasının 109-cu maddəsində Azərbaycan Prezidentinin səlahiyyətləri təsbit olunub ki, burada bələdiyyə seçkiləri ilə bağlı müddəa yoxdur.

Milli Məclisdə 2 deputatla təmsil olunan Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bələdiyyə seçkilərindən danışarkən bildirib ki, qanunvericiliyə görə, seçkinin keçirilməsi üçün ölkə Prezidentinin sərəncamı olmalıdır. “Bu, birbaşa Prezidentin səlahiyyətinə aid olan məsələdir”, - o, “musavat.com” saytına açıqlamasında belə deyib.

Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı məsələlər Seçki Məcəlləsi ilə tənzimlənir. Seçki Məcəlləsinin 213-cü maddəsinə əsasən, bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində mediada rəsmi dərc edilməlidir.

Eyni zamanda Azərbaycan Konstitusiyasının 109-cu maddəsində Azərbaycan Prezidentinin səlahiyyətləri təsbit olunub ki, burada bələdiyyə seçkiləri ilə bağlı müddəa yoxdur.

Azərbaycanda sonuncu dəfə 2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin tarixi də Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunub. Komissiyanın sədri Məzahir Pənahov növbəti bələdiyyə seçkilərinin 2025-ci ilin yanvar ayının 25-dən sonra keçirilməsinin daha məqsədəuyğun olduğunu bildirib.

Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Niyaməddin Orduxanlının iddiası yanlışdır.

Yanlış
  • 15 Noyabr, 2024
  • 318

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə