logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Müşfiq Cəfərov: “Son illər ölkədə seçici aktivliyi getdikcə daha da artır”

Müşfiq Cəfərov: “Son illər ölkədə seçici aktivliyi getdikcə daha da artır”

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, son illər ölkədə seçici aktivliyi getdikcə daha da artır. O bu iddianı 1 Sentyabr 2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərini dəyərləndirərkən səsləndirib.

- MSK-nın 1 Sentyabr 2024-cü il Milli Məclisə keçirilən seçkilərinə dair protokolunda bildirilib ki, bu seçkidə seçici fəallığı 37,24% olub. Bu göstərici son 3 deputat seçkiləri ilə müqayisədə seçici fəallığının ən aşağı olduğu il olub. 

MSK-nin məlumatına əsasən, bələdiyyə seçkilərində seçici fəallığı yuxarıdakı cədvəldə göstərildiyi kimi son seçkidən əvvəlki seçki ilə müqayisədə 6 faiz azalıb. 2011-ci il seçkiləri ilə müqayisədə 2019-cu il bələdiyyə seçkilərində seçici aktivliyi təqribən 9 faiz artıb.

MSK-nin məlumatına əsasən, Azərbaycanda keçirilən prezident seçkilərində seçici aktivliyi əvvəlki illərlə müqayisədə cüzi də olsa artıb. 2013-cü il ilə müqayisədə artım təqribən 5 faiz təşkil edib.

- Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilən məlumatlara görə, seçici aktivliyi son 3 parlament seçkisində azalıb, son 3 prezident seçkisində artıb. Bələdiyyə seçkilərinə gəlincə, son seçkidə 2011-cü il ilə müqayisədə artım olsa da, 2014-cü il ilə müqayisədə azalma var.

Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, son illər ölkədə seçici aktivliyi getdikcə daha da artır. O bu iddianı 1 Sentyabr 2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərini dəyərləndirərkən səsləndirib.

“FaktYoxla” deputatın bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

Deputat iddiasında son illəri nəzərdə tutduğu üçün araşdırmada son üç bələdiyyə, parlament və prezident seçkiləri nəzərə alınıb. 

Milli Məclisə seçkilər

Milli Məclisə keçirilən son üç seçkilərdə seçici fəallığı, mənbə: Mərkəzi Seçki Komissiyası

MSK-nın 1 Sentyabr 2024-cü il Milli Məclisə keçirilən seçkilərinə dair protokolunda bildirilib ki, bu seçkidə seçici fəallığı 37,24% olub. Bu göstərici son 3 deputat seçkiləri ilə müqayisədə seçici fəallığının ən aşağı olduğu il olub. 

Bələdiyyə seçkiləri

Son üç bələdiyyə seçkilərində seçki fəallığı. Mənbə: Mərkəzi Seçki Komissiyası

MSK-nin məlumatına əsasən, bələdiyyə seçkilərində seçici fəallığı yuxarıdakı cədvəldə göstərildiyi kimi son seçkidən əvvəlki seçki ilə müqayisədə 6 faiz azalıb. 2011-ci il seçkiləri ilə müqayisədə 2019-cu il bələdiyyə seçkilərində seçici aktivliyi təqribən 9 faiz artıb.

Prezident seçkiləri

Son üç prezident seçkilərində seçki fəallığı. Mənbə: Mərkəzi Seçki Komissiyası


MSK-nin məlumatına əsasən, Azərbaycanda keçirilən prezident seçkilərində seçici aktivliyi əvvəlki illərlə müqayisədə cüzi də olsa artıb. 2013-cü il ilə müqayisədə artım təqribən 5 faiz təşkil edib.

Beləliklə Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilən məlumatlara görə, seçici aktivliyi son 3 parlament seçkisində azalıb, son 3 prezident seçkisində artıb. Bələdiyyə seçkilərinə gəlincə, son seçkidə 2011-cü il ilə müqayisədə artım olsa da, 2014-cü il ilə müqayisədə azalma var.

Ümumi mənzərəyə nəzər saldıqda isə seçkilərdə seçici aktivliyi kifayət qədər aşağıdır. Son üç prezident seçkilərində ən yüksək seçici fəallığı 2024-cü ildə 76,43% ilə qeydə alınıb ki, bu da seçicilərin təqribən 25 faizinin seçkilərdə iştirak etmədiyini göstərir. Son üç bələdiyyə və parlament seçkilərində isə ən yüksək nəticə 55,54 faizdir ki, bu da əhalinin təqribən yarısının seçkidə iştirak etmədiyini göstərir. 

Bundan əlavə, beynəlxalq və yerli təşkilatlar Azərbaycanda seçici fəallığının Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi rəqəmlərdən daha aşağı olduğunu qeyd edirlər. 

Məsələn, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) sonuncu (2024-cü il 7 fevral) keçirilən prezident seçkilərində seçki fəallığı ilə bağlı hesabatında qeyd edib ki, müşahidəçilərin verdiyi məlumatlar MSK-nın veb səhifəsində seçki məntəqələrində seçici fəallığı üzrə bəzi rəqəmlərdən fərqli olub. (səh.12)

2020-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı DTİHB SMM yekun hesabatında bu seçkilər zamanı ciddi pozuntu hallarının aşkarlandığını və bir çox məqamda prosesin qeyri-şəffaf keçdiyini bildirib. Seçici fəallığına dair rəqəmlərin dəyişdirilməsi də bu pozuntu hallarından biri kimi qeyd edilib. (səh.29) SMDT-nin müşahidəçiləri isə qeydə alıblar ki, məntəqələrin 35%-də müşahidə edilən seçici fəallığı rəsmi protokollarda əks olunmuş seçici fəallığı rəqəmlərindən 50% aşağıdır.(Səh.24)

2018-ci il prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) seçici iştirakı və səsvermənin nəticələrini müşahidə edərkən ciddi uyğunsuzluqlar aşkar etmişdi: “...Bu da həm rəqəmlərin qurama olduğuna ciddi işarə edir, həm də iştirak haqqında həqiqi hesabatların göndərildiyi və səslərin sayılması prosesinin düzgün keçirildiyi ilə bağlı suallar yaradır” (səh.68) Həmçinin, SMDT də 2018-ci il prezident seçkiləri ilə bağlı hesabatında qeyd edib ki, onların müşahidəçilərinin qeydə aldığı seçici fəallığı rəsmi rəqəmlərdən əsaslı şəkildə aşağı olub. (səh. 19)

Beləliklə, Mərkəzi Seçki Komissiyasının hesabatlarında Azərbaycanda keçirilən son Milli Məclis və bələdiyyə seçkilərində seçici fəallığının azaldığı, prezident seçkilərində isə artdığı görünür. Ancaq ümumilikdə seçici fəallığı çox aşağıdır. Bundan başqa, SMDT və ATƏT-in Seçki Müşahidə Missiyasının məlumatlarına əsasən Mərkəzi Seçki Komissiyasının seçici aktivliyi ilə bağlı təqdim etdiyi məlumatlar yanlışdır.

“FaktYoxla”nın gəldiyi qəanətə görə, deputat Müşfiq Cəfərovun iddiası yanlışdır. 

Yanlış
  • 30 Sentyabr, 2024
  • 119

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə