logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

İlham Əliyevin yanlış iddiası: Azərbaycanda hakimlərin müstəqilliyi möhkəmləndirilib

İlham Əliyevin yanlış iddiası: Azərbaycanda hakimlərin müstəqilliyi möhkəmləndirilib

Xəbərin qısa icmalı

Prezident İlham Əliyev Azərbaycanda hakimlərin müstəqilliyinin möhkəmləndirildiyini bildirib. O, islahatlar nəticəsində məhkəmə səmərəliliyinin artdığını və vətəndaşların müraciət imkanlarının genişləndirildiyini vurğulayıb.

Hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 390-dan çox siyasi məhbus var. Vəkillər hakimlərin hökumətin siyasi göstərişi ilə qərar çıxardıqlarını və bu işlərdə ittiham aktlarının sübutlarla əsaslandırılmadığını vurğulayırlar. Bu vəziyyət beynəlxalq hesabatlarda da öz əksini tapıb.

- “Freedom House” 2025-ci il üzrə Azərbaycanla bağlı hesabatında məhkəmə müstəqilliyini 4 ballıq şkala üzərindən 0 olaraq qiymətləndirib. Beynəlxalq Hüquqşünaslar Komissiyası (ICJ) Azərbaycanla bağlı sonuncu çağırışında ölkədə məhkəmələrin icraedici hakimiyyətin hökmü altında siyasi həbs qərarları verdiyini və ədalətli məhkəmə araşdırmasının müntəzəm pozulduğunu bildirib. “Amnesty International” təşkilatı Azərbaycan hökumətinin siyasi məqsədlər üçün məhkəmə aparatına müdaxilə etdiyini göstərib.

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı 2024-cü il hesabatında hökumətin məhkəmə sistemindən tənqidçilərini cəzalandırmaq üçün sui-istifadə etdiyini qeyd edib. AŞPA da 2024-cü il monitorinq rəyində Azərbaycanda hakimlərin müstəqil olmadığını ifadə edib. Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı dəfələrlə siyasi motivli məhkumluq qərarları təsbit edib.Avropa Şurası Nazirlər Komitəsi də qeyd edir ki, Azərbaycanda icraedici hakimiyyətin məhkəmə və prokurorluq orqanlarına siyasi təsiri qalmaqdadır.

Prezident İlham Əliyev Azərbaycanda hakimlərin müstəqilliyinin möhkəmləndirildiyini bildirib. O, islahatlar nəticəsində məhkəmə səmərəliliyinin artdığını və vətəndaşların müraciət imkanlarının genişləndirildiyini vurğulayıb: 

İnsan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi ədalət mühakiməsinin rolunun daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycanda genişmiqyaslı tədbirlər görülür. Ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində məhkəmə fəaliyyətinin səmərəliliyi artırılıb, vətəndaşların ədalət mühakiməsinə müraciət imkanları genişləndirilib, hakimlərin müstəqilliyi möhkəmləndirilib”. 

“Fakt Yoxla” açıqlamanın doğru olub-olmadığını araşdırıb.

Hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 390-dan çox siyasi məhbus var. Vəkillər hakimlərin hökumətin siyasi göstərişi ilə qərar çıxardıqlarını və bu işlərdə ittiham aktlarının sübutlarla əsaslandırılmadığını vurğulayırlar. Bu vəziyyət beynəlxalq hesabatlarda da öz əksini tapıb.

“Freedom House” 2025-ci il üzrə Azərbaycanla bağlı hesabatında məhkəmə müstəqilliyini 4 ballıq şkala üzərindən 0 olaraq qiymətləndirib. Təşkilat bildirib ki, hakimlər prezidentin təqdimatı ilə təyin olunduğu üçün məhkəmələr icraedici hakimiyyətə tabe vəziyyətdə hökm çıxarır. Eləcə də, Beynəlxalq Hüquqşünaslar Komissiyası (ICJ) Azərbaycanla bağlı sonuncu çağırışında ölkədə məhkəmələrin icraedici hakimiyyətin hökmü altında siyasi həbs qərarları verdiyini və ədalətli məhkəmə araşdırmasının müntəzəm pozulduğunu bildirib. “Amnesty International” təşkilatı Azərbaycan hökumətinin siyasi məqsədlər üçün məhkəmə aparatına müdaxilə etdiyini göstərib.

Habelə, ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı 2024-cü il hesabatında hökumətin məhkəmə sistemindən tənqidçilərini cəzalandırmaq üçün sui-istifadə etdiyini qeyd edib. AŞPA da 2024-cü il monitorinq rəyində Azərbaycanda hakimlərin müstəqil olmadığını ifadə edib. Sənəddə hakimlərin saxta ittihamlar əsasında ifadə, sərbəst toplaşma və birləşmək azadlığına qarşı qərarlar qəbul etdiyi açıqlanıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı dəfələrlə siyasi motivli məhkumluq qərarları təsbit edib. Məhkəmə Avropa İnsan Haqları Konvensiyasının 18-ci maddəsinin pozulması ilə bağlı Azərbaycan üzrə 11 qərar qəbul edib ki, bu da bütün üzv ölkələr arasında ən yüksək göstəricidir. AİHM qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsi də qeyd edir ki, Azərbaycanda icraedici hakimiyyətin məhkəmə və prokurorluq orqanlarına siyasi təsiri qalmaqdadır. İndiyədək Konvensiyanın 6-cı maddəsinin pozulmasına görə Azərbaycana qarşı 180 iş qəbul edilib ki, bu da Azərbaycana qarşı çıxarılan bütün qərarların təxminən yarısını təşkil edir. 

Prezidentin haqqında danışdığı islahat qərarları isə məhkəmələrin asılılığını azaltmayıb. 2017-ci ildə qəbul edilmiş “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam alternativ tədbirlər və yüngülləşdirmə halları nəzərdə tutsa da, hakimlər bu vəsatətləri təmin etmir və qərarlar ictimai-siyasi fəallara qarşı daha da ağırlaşdırır. Həmçinin,  2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanda məhkəmə fəaliyyətinə müdaxilənin qarşısının alınması qərara alınsa da, siyasi həbs qərarları davam etməkdədir.

Beləliklə, Azərbaycanda hakimlərin təyinat mexanizmi, siyasi motivli həbslərin çoxluğu, ədalətli məhkəmə hüququnun sistematik pozulması hakimlərin hələ də icraedici hakimiyyətdən asılı olduğunu göstərir. 

“Fakt Yoxla”nın qənaətincə, prezident İlham Əliyevin hakimlərin müstəqilliyinin möhkəmlənməsinə dair açıqlaması yanlışdır.

“apa.az”, Azərbaycan Prezidenti: Hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir”

“toplummedia.tv”, “Azərbaycanda siyasi məhbus hesab edilənlərin sayı 392-yə yüksəlib

“ipd-az.org”, 7 oktyabradək olan siyasi məhbus siyahısı

“freedomhouse.org”, Qiymətləndirmə

“icj.org”, Azerbaijan: ICJ joins call to address deepening crisis of judicial independence”

“amnesty.org”,Azerbaijan: No sign of hope for the human rights situation in Azerbaijan

“state.gov”, “2024 Country Reports on Human Rights Practices: Azerbaijan”

“coe.int”, “Committee of Ministers profoundly concerned by lack of progress in implementing ECHR judgments on criminal persecution of government critics in Azerbaijan

hudoc.echr.coe.int”, Azərbaycana qarşı işlər

 hudoc.echr.coe.int”, Konvensiyanın 18-ci maddəsinin pozulması

freedom-now.org”, “Azerbaijan: Human rights groups urge International Association of Judges to act

 hudoc.echr.coe.int”, Konvensiyanın 6-cı maddəsinin pozulması

 “e-qanun.az”, Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam

 “toplummedia.tv”, “Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"

 “e-qanun.az”, Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman

 “meydan.tv”,Azər Qasımlı: “Həbsim siyasi sifarişdir, məhkəmədən gözləntim yoxdur”

Yanlış
  • 18 Noyabr, 2025
  • 167

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə