logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Elman Nəsirov: “Əfqanıstanı son tərk edən Azərbaycan və Türkiyə silahlı qüvvələri oldu”

Elman Nəsirov: “Əfqanıstanı son tərk edən Azərbaycan və Türkiyə silahlı qüvvələri oldu”

Xəbərin qısa icmalı

Yeni Azərbaycan Partiyasından seçilmiş deputat Elman Nəsirov qatıldığı “Alternativ” verilişində ABŞ silahlı qüvvələrinin Əfqanıstandan qaçdığını, lakin Əfqanıstanı ən son tərk edən hərbi birləşmələrin Azərbaycan və Türkiyə sülhməramlıları olduğunu qeyd edib. 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən 2021-ci il avqustun 26-da saat 01:00 radələrində Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanında xidmət edən 120 Azərbaycan sülhməramlısı tam heyətlə ölkədən çıxarılıb. Türkiyə sülhməramlı kontingentinin Əfqanıstandan çıxarılması, Azərbaycandan bir gün sonra, 27 avqust 2021-ci ildə tamamlanıb. Həmçinin Böyük BritaniyaFransa hərbçilərinin Əfqanıstandan çıxarılması da 28 avqust tarixində yekunlaşıb. ABŞ ordusuna aid sonuncu hərbçilərin çıxarılması isə 30 avqust tarixində tamamlanıb.

Yeni Azərbaycan Partiyasından seçilmiş deputat Elman Nəsirov qatıldığı “Alternativ” verilişində ABŞ silahlı qüvvələrinin Əfqanıstandan qaçdığını, lakin Əfqanıstanı ən son tərk edən hərbi birləşmələrin Azərbaycan və Türkiyə sülhməramlıları olduğunu qeyd edib. 

“Fakt Yoxla” Elman Nəsirovun iddiasının doğru olub-olmadığını yoxlayıb. 

20 noyabr 2002-ci il tarixindən etibarən “Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri” Missiyası çərçivəsində 22 nəfərlik tərkiblə fəaliyyətə başlayan Azərbaycanlı sülhməramlı kontingenti 2008-ci ildə 40 nəfərə, 2009-cu ildə 90 nəfərə, 2010-cu ildə isə 94 nəfərə çatdırılıb.

2015-ci ilin 1 yanvar tarixindən etibarən isə Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında fəaliyyətə başlayıb. 2018-ci ildə sülhməramlı kontingentin say tərkibi 120 nəfərə çatdırılıb. Bu missiya çərçivəsində Azərbaycan sülhməramlıları 36 NATO müttəfiqi və tərəfdaş ölkə ilə birgə fəaliyyət göstərib.

Əfqanıstandakı müttəfiq qüvvələr 14 aprel 2021-ci ildə “Qətiyyətli Dəstək” missiyasına daxil olan ölkələrin sülhməramlılarının Əfqanıstandan çıxarılması qərarına gəliblər. Avqustun sonunda isə missiya tam şəkildə sonlandırılıb. Həmçinin, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesi 29 fevral 2020-ci il tarixində Talibanla imzalanmış sülh müqaviləsi əsasında həyata keçirilib. Müqavilə Talibanın Əfqanıstan hökuməti ilə sülh danışıqlarında iştirak etməsi və Əl-Qaidə, İŞİD kimi terror təşkilatlarının Əfqanıstan daxilində fəaliyyət göstərməsinin qarşısını alması şərti ilə 14 ay ərzində ABŞ qoşunlarının tam çıxarılmasını nəzərdə tuturdu. Müqaviləyə uyğun olaraq Əfqanıstandakı ABŞ hərbçilərinin sayı 1 il ərzində 3500 nəfərə qədər azaldılıb. Tam çəkilmə prosesi isə bir neçə ay gecikmə ilə 31 avqust 2021-ci ildə yekunlaşıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən 2021-ci il avqustun 26-da saat 01:00 radələrində Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanında xidmət edən 120 Azərbaycan sülhməramlısı tam heyətlə ölkədən çıxarılıb. Lakin Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılan sonuncu hərbi qruplaşma deyil. Belə ki, Türkiyə sülhməramlı kontingentinin Əfqanıstandan çıxarılması, Azərbaycandan bir gün sonra, 27 avqust 2021-ci ildə tamamlanıb. Türkiyə Müdafiə Nazirliyinin məlumatına əsasən 25 avqustdan etibarən Türkiyə sülhməramlılarının Əfqanıstandan çıxarılmasına başlanılıb. 27 Avqust tarixində isə Türkiyə sülhməramlılarının ölkədən çıxarılması tamamlanıb.

Həmçinin Böyük BritaniyaFransa hərbçilərinin Əfqanıstandan çıxarılması da 28 avqust tarixində yekunlaşıb. ABŞ ordusuna aid sonuncu hərbçilərin çıxarılması isə 30 avqust tarixində tamamlanıb.

Beləliklə, Azərbaycan və Türkiyə sülhməramlıları Əfqanıstandan çıxarılan ən son hərbi birləşmələr deyil. Böyük Britaniya, Fransa və ABŞ hərbi kontingenti Əfqanıstanı Azərbaycan və Türkiyə sülhməramlılarından daha sonra tərk edib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, deputat Elman Nəsirovun açıqlaması əsasən yanlışdır

Yanlış
  • 31 Oktyabr, 2024
  • 678

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə