logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputat Tahir Rzayev: “AXCP, REAL və Müsavat anti-terror tədbirlərinə biganə yanaşdılar”

Deputat Tahir Rzayev: “AXCP, REAL və Müsavat anti-terror tədbirlərinə biganə yanaşdılar”

Xəbərin qısa icmalı

- Milli Məclisin deputatı Tahir Rzayev  Azərbaycan Xalq Cəbhəsi, Müsavat və REAL partiyalarının “anti-terror tədbirlərinə biganə yanaşdığını” bildirib.

Sentyabrın 19-da Müdafiə Nazirliyi Azərbaycan ordusunun Qarabağda hərbi əməliyyatlara başladığını elan edib, əməliyyat sentyabrın 20-də saat 13:00-da başa çatıb. Əməliyyatın davam etdiyi vaxtda mətbuatda siyasi partiyaların “lokal anti-terror tədbirlərinə dəstək bəyanatı” yayılıb. Hakim Yeni Azərbaycan partiyası ilə yanaşı 23 partiyanın sədrinin adı yazılan bəyanatda Azərbaycan ordusunun Qarabağda apardığı əməliyyata dəstək ifadə olunub.

- Bəyanatda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və REAL partiyalarının adı yoxdur. Buna baxmayaraq, hər üç partiya Azərbaycan ordusunun əməliyyatına dəstək ifadə edib, ayrılıqda bəyanat yayıblar. 

Milli Məclisin deputatı Tahir Rzayev “pravda.az” saytına açıqlamasında Azərbaycan Xalq Cəbhəsi, Müsavat və REAL partiyalarının “anti-terror tədbirlərinə biganə yanaşdığını” bildirib.

“Onlar (3 partiyanı nəzərə tutur - red.) tarixi qələbəmizə sevinmədikləri kimi anti-terror tədbirlərinə də biganə yanaşdılar, düşmənlərimizin mövqeyindən çıxış etdilər”, - deputat belə deyib.

“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını yoxlayıb.

Sentyabrın 19-da Müdafiə Nazirliyi Azərbaycan ordusunun Qarabağda hərbi əməliyyatlara başladığını elan edib, əməliyyat sentyabrın 20-də saat 13:00-da başa çatıb. Əməliyyatın davam etdiyi vaxtda mətbuatda siyasi partiyaların “lokal anti-terror tədbirlərinə dəstək bəyanatı” yayılıb. Hakim Yeni Azərbaycan partiyası ilə yanaşı 23 partiyanın sədrinin adı yazılan bəyanatda Azərbaycan ordusunun Qarabağda apardığı əməliyyata dəstək ifadə olunub.

Bəyanatda deputat Tahir Rzayevin adını çəkdiyi Azərbaycan Xalq Cəbhəsi, Müsavat və REAL partiyalarının adı yoxdur. Buna baxmayaraq, hər üç partiya Azərbaycan ordusunun əməliyyatına dəstək ifadə edib.

Belə ki, hərbi əməliyyatların başlamasından sonra Müsavat partiyası bəyanat yayıb

“Ölkənin bütün ərazisində dövlət suverenliyimizin bərpası, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün Konstitusiya və qanunlarımıza, həmçinin beynəlxalq hüquq normalarına uyğun olaraq gərəkən tədbirlərin həyata keçirilməsi Azərbaycan dövlətinin müstəsna hüququdur”, - bəyanatda bildirilir.

Respublikaçı Alternativ (REAL) Partiyasının rəsmi feysbuk səhifəsində dərc edilən bəyanatda isə qeyd olunur ki, partiya bu əməliyyatın elan olunan məqsədlərini tamamən dəstəkləyir.

AXCP sədri Əli Kərimli isə özünün feysbuk səhifəsində Azərbaycan ordusuna dəstəyinin tam olduğunu bildirib.

”İstənilən halda ordumuza dəstəyimiz tamdır. Allah əsgər və zabitlərimizi qorusun. Təki elan olunmuş anti - terror əməliyyatı tezliklə və uğurla başa çatsın”, - o belə yazıb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputat Tahir Kərimlinin Azərbaycan Xalq Cəbhəsi, Müsavat və REAL partiyaları ilə bağlı iddiası yanlışdır.

Yanlış
  • 1 Oktyabr, 2023
  • 528

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə