logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Bəhruz Məhərrəmov: “Avropa Parlamenti 300-ə yaxın insanın mina qurbanına çevrilməsini gündəmə gətirməyib”

Bəhruz Məhərrəmov: “Avropa Parlamenti 300-ə yaxın insanın mina qurbanına çevrilməsini gündəmə gətirməyib”

“Avropa Parlamenti bir dəfə də olsun 2 ildə 300-ə yaxın insanın mina qurbanına çevrilməsini gündəmə gətirməyib".

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb. 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2023-cü il 2 apreldə bildirdiyi məlumata əsasən II Qarabağ müharibəsinin bitməsindən indiyədək 288 azərbaycanlı Ermənistanın yerləşdirdiyi minaların partlayışına məruz qalıb, onlardan 50 nəfər həlak olub.

2021-ci ilin iyunun 8-də Avropa Parlamenti “Azərbaycanda minalar səbəbindən dəhşətli insan itkisi haqqında” bəyanat qəbul edib.

“İyunun 4-də Kəlbəcər rayonunda mina partlaması nəticəsində ikisi jurnalist olmaqla üç azərbaycanlı mülki şəxsin ölümü və 4 nəfərin yaralanması bizi kədərləndirdi. Təəssüf ki, bunlar Ermənistan-Azərbaycan münaqişəsi kontekstində piyada əleyhinə minaların sadəcə son qurbanlarıdır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralıların tam sağalmasına ümid edirik”, - deyə bəyanatda bildirilib.

Bəyanatda əlavə edilib ki, əraziləri səmərəli şəkildə minalardan təmizləmək üçün Ermənistan və Azərbaycan məlumat mübadiləsi ilə bağlı öhdəlik götürməlidirlər. Həmçinin, piyada əleyhinə minaların mahiyyət etibarilə mülki və hərbi hədəfləri ayırd edə bilməyən silahlar olduğu da vurğulanıb. 

Beləliklə, Avropa Parlamenti mina qurbanları haqqında bəyanat qəbul edib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə deputat Bəhruz Məhərrəmovun iddiası yanlışdır. 

Yanlış
  • 30 Aprel, 2023
  • 1710

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə