logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

“BBC” Ağdam-Xankəndi yolunda gözləyən ərzaq yükünün Qarabağa buraxılmaması barədə susubmu?

“BBC”  Ağdam-Xankəndi yolunda gözləyən ərzaq yükünün Qarabağa buraxılmaması barədə susubmu?

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, “BBC” Ağdam-Xankəndi yolunda gözləyən ərzaq yükünün Qarabağa buraxılmaması barədə bir kəlmə də olsun danışmır.

- “BBC” “Dağlıq Qarabağ: Azərbaycanla ermənilər arasında münaqişə” adlı xəbərində qeyd edib ki, Bakı bir neçə dəfə Ağdam-Xankəndi yolu vasitəsilə ərzaq və yardım təklif etsə də, Dağlıq Qarabağdakı ermənilər bundan imtina ediblər. 

“BBC Azərbaycanca" xidməti də bu barədə xəbərlərində geniş yer verib. Qurum 1 sentyabrda dərc etdiyi xəbərdə bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağ ermənilərinə çatdırmaq istədiyi un məmulatı ilə dolu iki TIR qarşı tərəfdən giriş icazəsi gözləyir və bu icazə verilənə qədər buradan tərpənməyəcəklərini deyirlər.

- Bunlardan başqa, 7 sentyabrda dərc olunan xəbərdə də bildirilib ki, qida, dərman, yanacaq qıtlığına rəğmən Qarabağdakı ermənilər Azərbaycan hökumətinin ayırdığı un yardımını qəbul etmir. 6 sentyabr dərc olunan xəbərdə isə qeyd edilib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi 40 tonluq un məhsulları Ağdam-Xankəndi yolunun girəcəyində gözləyirlər.

- Həmçinin, “BBC”-nin humanitar yüklərin Xankəndiyə buraxılmaması ilə bağlı başqa xəbərlərinə də bu mənbələrdən baxmaq olar: mənbə 1

“Laçın sərhəd-buraxılış məntəqəsi qarşısında düzülmüş … TIR-ları davamlı şəkildə göstərməkdən usanmayan “BBC” Ağdam-Xankəndi yolunda gözləyən ərzaq yükünün niyə Qarabağa buraxılmaması barədə bir kəlmə də olsun danışmır”.

Bunu “APA”-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını araşdırıb.

Qeyd edək ki, iddia Azərbaycanın Ağdam-Xankəndi yolu vasitəsilə separatçıların nəzarəti altında olan erməni mülki əhalisinə göndərdiyi yardım yükləri haqqındadır. 40 ton un məmulatı olduğu bildirilən yardımı 2023-cü ilin avqust ayının 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti göndərmişdi

“BBC” “Dağlıq Qarabağ: Azərbaycanla ermənilər arasında münaqişə” adlı xəbərində qeyd edib ki, Bakı bir neçə dəfə Ağdam-Xankəndi yolu vasitəsilə ərzaq və yardım təklif etsə də, Dağlıq Qarabağdakı ermənilər bundan imtina ediblər. 

Həmçinin “BBC”-nin başqa bir xəbərində də bildirilib ki, Dağlıq Qarabağdakı ermənilər Ağdam yolu vasitəsilə Rusiya tərəfindən onlara göndərilən yardımları da əngəlləməyə çalışıb

“BBC Azərbaycanca" xidməti də bu barədə xəbərlərində geniş yer verib. Qurum 1 sentyabrda dərc etdiyi xəbərdə bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağ ermənilərinə çatdırmaq istədiyi un məmulatı ilə dolu iki TIR qarşı tərəfdən giriş icazəsi gözləyir və bu icazə verilənə qədər buradan tərpənməyəcəklərini deyirlər.

Xəbərdə qeyd edilib ki, Qızıl Aypara Cəmiyyəti Ağdam-Xankəndi yolunda, rus sülhməramlılarının postunun bir neçə metrliyində çadırlar qurub. Onları o tərəfə həm də sülhmərmalıların qoyduğu dəmir tikanlı baryer buraxmır.

Bunlardan başqa, 7 sentyabrda dərc olunan xəbərdə də bildirilib ki, qida, dərman, yanacaq qıtlığına rəğmən Qarabağdakı ermənilər Azərbaycan hökumətinin ayırdığı un yardımını qəbul etmir. 6 sentyabr dərc olunan xəbərdə isə qeyd edilib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi 40 tonluq un məhsulları Ağdam-Xankəndi yolunun girəcəyində gözləyirlər.

Həmçinin, “BBC”-nin humanitar yüklərin Xankəndiyə buraxılmaması ilə bağlı başqa xəbərlərinə də bu mənbələrdən baxmaq olar: mənbə 1

Beləliklə, “BBC” xəbərlərində Ağdam-Xankəndi yolunda gözləyən ərzaq yükünün Qarabağa buraxılmamasına yer verib. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə deputatın iddiası yanlışdır.

Yanlış
  • 30 Sentyabr, 2023
  • 808

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə