logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Siyavuş Novruzovun AXCP ilə bağlı iddiası

Siyavuş Novruzovun AXCP ilə bağlı iddiası

Xəbərin qısa icmalı

Milli Məclisin Deputatı Siyavuş Novruzov iyulun 3-də Bakıda baş verən zəlzələ zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin telefon xətlərinin iqtidar tərəfindən qəsdən kəsilməsi iddialarına münasibət bildirərkən deyib ki, AXCP fəaliyyətə başlayan dövrlərdən indiyə qədər  təxribatlarla məşğul olur: Yalandan deyirdilər ki, guya kimisə mitinqdə vurdular, Əli Kərimlinin internetini kəsdilər."

-  Əli Kərimli və AXCP fəalları 2019-cu il oktyabrın 19-da Milli Şuranın Bakıda metronun "28 may" stansiyasının qarşısında keçirməyə cəhd etdiyi mitinqdə zorakılığa məruz qalmış, onlarla fəal saxlanılmışdı. Bir sıra beynəlxalq təşkilatlar da Əli Kərimlinin aksiyada zorakılığa məruz qalmasına və döyülməsinə rəsmi münasibət bildirmişdilər.

“AXCP fəaliyyətə başlayan dövrlərdən indiyə qədər belə təxribatlarla məşğul olur. Yalandan deyirdilər ki, guya kimisə mitinqdə vurdular, Əli Kərimlinin internetini kəsdilər”.

Bunu “Pravda.az”a Milli Məclisin Deputatı Siyavuş Novruzov iyulun 3-də Bakıda baş verən zəlzələ zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin telefon xətlərinin iqtidar tərəfindən qəsdən kəsilməsi iddialarına münasibət bildirərkən deyib. 

“Fakt Yoxla” Əli Kərimlinin və AXCP fəallarının mitinqdə vurulması haqqında iddianın doğru-olub-olmadığını yoxlayıb.

 Əli Kərimli və AXCP fəalları 2019-cu il oktyabrın 19-da Milli Şuranın Bakıda metronun "28 may" stansiyasının qarşısında keçirməyə cəhd etdiyi mitinqdə zorakılığa məruz qalmış, onlarla fəal saxlanılmışdı

 Video və foto görüntülərdən də məlum olur ki, Əli Kərimli və digər fəallar polis tərəfindən zorakı şəkildə saxlanılmışdı. 

AXCP sədrinin 2019-cu il aksiyası zamanı saxlanılarkən polis tərəfindən zorakılığa məruz qaldığı görüntülər (Mənbə: VOA)


Aksiya zamanı zorakılığa məruz qalan digər fəallar (Mənbə:VOA)

 Bir sıra beynəlxalq təşkilatlar da Əli Kərimlinin aksiyada zorakılığa məruz qalmasına və döyülməsinə rəsmi münasibət bildirmişdilər.

 Avropa Şurası Monitorinq Komitəsinin (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Rocer Geyl baş vermis zorakılıqla bağlı məruzəsində qeyd edib ki, Əli Kərimli işgəncələrə məruz qalıb və vəkillərlə əlaqə saxlamaq imkanından məhrum edilib.

 “Human Rights Watch”-un məlumatında deyilir ki, Əli Kərimli polis tərəfindən döyülərkən çoxsaylı xəsarətlər alıb.

 Avropa Parlamentində təmsil olunan Sosial-demokratlar qrupu bəyanat yayaraq bildirib ki, AXCP lideri Əli Kərimli daxil olmaqla onlarla iştirakçı saxlanıb və döyülüb.

 “Freedom House”-un yaydığı bəyanatda bildirilib: “Zorakı saxlanmasının videosu yerli media tərəfindən yayımlanan Əli Kərimli və işgəncələrə məruz qaldığı deyilən Tofiq Yaqublunun gördükləri qəddarlıqlar Azərbaycan hökumətinin öz vətəndaşlarının fundamental haqlarını qorumaq öhdəliyini açıq-aşkar rədd etdiyini göstərir”.

 “Amnesty International”-ın yaydığı açıqlamada qeyd edilib ki, sosial şəbəkələrdə yayılan bir neçə videoda polisin dinc nümayişçilərə qarşı güc tətbiq etməsi, onları polis maşınlarına sürüməsi və bəzən döyməsi görünür: “O cümlədən müxalifət lideri Əli Kərimli saxlanıldıqdan sonra polis tərəfindən pis rəftara məruz qaldığını bildirib”.

 Beləliklə, Əli Kərimli və fəallar aksiya zamanı polis tərəfindən zorakılığa məruz qalıb və döyülüb.

 “Fakt Yoxla”nın gəldiyi qənaətə görə deputatın iddiası yalandır.

Yalan
  • 4 Avqust, 2023
  • 4141

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə