logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Natiq Cəfərlinin yanlış iddiası: Yalnız ABŞ-nin 24 saat göydə qalan dronları var

Natiq Cəfərlinin yanlış iddiası: Yalnız ABŞ-nin 24 saat göydə qalan dronları var

Foto süni intellekt vasitəsilə hazırlanıb

Xəbərin qısa icmalı

  • REAL partiyasının sədri Natiq Cəfərli iddia edib ki, 24 saat səmada qala bilən dronlar yalnız ABŞ-yə məxsusdur.
  • İsrailin Heron, Türkiyənin Aksungur, Çinin “CH 5 Rainbow” kimi dronları 24 saatdan çox səmada qala bilir.
  • İddia yanlışdır.

REAL partiyasının sədri Natiq Cəfərli “Reaksiya TV”nin efirində müsahibəsi zamanı bildirib ki, yalnız Amerikanın (ABŞ) 24 saat göydə qala bilən dronları var: “Amerikada dünyanın ən yüksək texnoloji dronları mövcuddur. Amerikada elə dronlar var ki, 24 saat göydə qala bilir. Başqa heç bir ölkədə yoxdur” (13:31-13:41).

Amerika Birləşmiş Ştatları dünyanın ən güclü hərbi texnologiyasına malik ölkələrdən biridir. ABŞ ordusunda həqiqətən də 24 saat havada qala bilən dronlar var. Hələ 2017-ci ildə baş tutan test uçuşunda MQ-9B SkyGuardian dronu təqribən 48 saat səmada qala bilmişdi.

Ancaq, 24 saatdan çox havada qala bilən dronlar yalnız ABŞ-yə məxsus deyil. Məsələn İsrailin Heron dronları 45 saata qədər səmada qala bilir. Türkiyə istehsalı Aksungur dronu da 49 saat havada qalaraq 24 saatdan çox səmada qala bilən dronlar sırasına daxil olub. Çin istehsalı olan “CH 5 Rainbow” dronu da 60 saata qədər səmada qala bilir.

Hətta, Azərbaycanın hərbi arsenalında olan Bayraktar TB2 dronu belə 27 saatdan çox uçuş müddətinə sahibdir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə iddia yanlışdır.

Yanlış
  • 24 noyabr, 2026
  • 31

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə