logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Suriyada zəlzələdən 3 ay sonra dağıntılar altından bir nəfərin sağ çıxması haqqında xəbərlər

Suriyada zəlzələdən 3 ay sonra dağıntılar altından bir nəfərin sağ çıxması haqqında xəbərlər

Xəbərin qısa icmalı

-Suriyada bir nəfərin zəlzələdən 3 ay sonra dağıntılar altından sağ çıxarılması barədə xəbər yayılıb.

-Livanda fəaliyyət göstərən “An-Nahar” qəzeti bildirir ki, fotodakı Əhməd Əl-Sousi adlı şəxs Suriyanın İdlib şəhərində yaşayır və “psoriaz” adlandırılan xəstəlikdən əziyyət çəkir.

-Əhməd Əl-Sousinin qohumu sosial şəbəkələrdə yayılan fotonun yeddi il əvvəl çəkildiyini bildirib.

Qafqazinfo.az”, “azvision.az”, “big.az”, “konkret.az”, “sonxeber.az” və digər xəbər saytlarında Suriyada bir nəfərin zəlzələdən 3 ay sonra dağıntılar altından sağ çıxarılması barədə xəbər yayılıb və həmin şəxsin fotosu paylaşılıb. Xəbərin mənbəyi kimi “akhbar.fouri” portalı göstərilib.

Məlumat Azərbaycan dilində fəaliyyət göstərən feysbuk instaqram səhifələrində, eləcə də teleqramkanallarında paylaşılıb.

 

 

Skrinşot “isayevios” adlı teleqram kanalında götürülüb.

 

Skrinşot “Küçə Ədəbiyyatı” adlı feysbuk səhifəsindən götürülüb.

 

“Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.

Fevralın 6-da Türkiyənin Kahmanmaraş vilayətində baş verən zəlzələlər nəticəsində Türkiyədə və Suriyada on minlərlə insan həlak olub.

Azərbaycan saytlarında və sosial şəbəkə hesablarında paylaşılan xəbərdə iddia edilir ki, Suriyada bir nəfər zəlzələdən 3 ay sonra dağıntılar altından sağ çıxarılıb. “Adı açıqlanmayan həmin şəxs həkimlərə təhvil verilib”, - xəbərdə deyilir.

 

Skrinşot “akhbar.fouri” adlı instaqram səhifəsindən götürülüb.

 

Xəbərin mənbəsi kimi təqdim edilən “akhbar.fouri” portalının 724 min izləyicisi olan instaqram səhifəsində paylaşılan fotonun üzərində şəxsin Suriyada deyil, Türkiyədə dağıntılar altından çıxarıldığı iddia edilib.

Livanda fəaliyyət göstərən “An-Nahar” qəzeti bildirir ki, fotonun Türkiyədə baş vermiş zəlzələ ilə də heç bir əlaqəsi yoxdur. Nəşr yazır ki, fotodakı Əhməd Əl-Sousi adlı şəxs Suriyanın İdlib şəhərində yaşayır və “psoriaz” adlandırılan və dəridə yaranan ləkələrlə müşayiət olunan xəstəlikdən əziyyət çəkir. Əhməd Əl-Sousinin qohumu sosial şəbəkələrdə yayılan fotonun yeddi il əvvəl çəkildiyini bildirib və onun hazırkı fotosunu təqdim edib.

 

 

Fotodakı Əhməd Əl-Sousi adlı şəxs dəri xəstəliyindən əziyyət çəkir.

 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Suriyada bir nəfərin zəlzələdən 3 ay sonra dağıntılar altından sağ çıxarılması barədə xəbər saxtadır.

 

“qafqazinfo.az”, “Zəlzələdən 3 ay sonra xilas edildi

“azvision.az”, “Zəlzələdən 3 ay sonra dağıntılar altından sağ çıxarıldı

“big.az”, “Zəlzələdən 3 ay sonra xilas edildi

“konkret.az”, “Zəlzələdən 3 ay sonra xilas edildi

“sonxeber.az”, “Zəlzələdən 3 ay sonra xilas edildi

“reliefweb.int”, “Devastating Earthquakes in Southern Türkiye and Northern Syria, April 6th 2023, Situation Report 20

“annahar.com”, "انتشال رجل من تحت الأنقاض حياً بعد 3 أشهر على زلزال تركياإليكم الحقيقة” (Türkiyədə baş verən zəlzələdən 3 ay sonra bir nəfər dağıntılar altından diri-diri çıxarılıb? Həqiqətlər burada)

“nhs.uk”, “Overview-Psoriasis

Saxta
  • 22 May, 2023
  • 606

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə