logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər:Qabon prezidentinin evindən pul bağlamaları ilə dolu çamadanlar tapılmasını əks etdirən görüntülər

Saxta xəbər:Qabon prezidentinin evindən pul bağlamaları ilə dolu çamadanlar tapılmasını əks etdirən görüntülər

Xəbərin qısa icmalı

Avqustun 30-da Qabonda hərbi çevrilişin baş verməsindən sonra “unikal.az”, “yenicag.az”, “gundelik-baku.com” saytları prezident Əli Bonqonun evindən pul bağlamaları ilə dolu çamadanlar tapıldığını iddia edən görüntülər yayıb. 

- Ancaq həmin görüntülər Əli Bonqonun evində pul bağlamaları ilə dolu çamadanların tapılmasını əks etdirmir. Görüntülər 2022-ci ildə Qabon parlamentinin keçmiş spikeri Guy Nzouba-Ndamanın həbsindəndir.

Avqustun 30-da Qabonda hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirən zabitlər prezident Əli Bonqonun ev dustağı edildiyini, sərhədlərin bağlandığını, seçki nəticələrinin və dövlət qurumlarının ləğv edildiyini bəyan ediblər.

Hərbi çevrilişin baş verməsindən sonra “unikal.az”, “yenicag.az”, “gundelik-baku.com” saytları prezident Əli Bonqonun evindən pul bağlamaları ilə dolu çamadanlar tapıldığını iddia edən görüntülər yayıb. 

Sözügedən video “unikal.az” saytının instaqram səhifəsində və “azvision.az” saytının teleqram kanalında da paylaşılıb.

Skrinşot “unikal.az” saytının instaqram səhifəsindən götürülüb.

Skrinşot “azvision.az” saytının teleqram kanalından götürülüb.

“Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.

Hərbi çevirilişdən sonra general Brice Oliqui Ngueman Qabonda keçid dövrünün lideri təyin edilib. Prezidenti Əli Bonqonun isə tərəfdaşlarına çağırış etdiyi video yayılıb

Ancaq “unikal.az”, “yenicag.az”, “gundelik-baku.com” saytlarının paylaşdığı görüntülər Əli Bonqonun evində pul bağlamaları ilə dolu çamadanların tapılmasını əks etdirmir. Görüntülər 2022-ci ildə Qabon parlamentinin keçmiş spikeri Guy Nzouba-Ndamanın həbsindəndir.


Skrinşot “tv5monde.com” saytından götürülüb.

O, ötən ilin sentyabr ayında qonşu ölkədən qayıdarkən həbs edilib və çirkli pulların yuyulmasında, həmçinin casusluqda təqsirli bilinib.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Əli Bonqonun evindən pul bağlamaları ilə dolu çamadanlar tapıldığını göstərən görüntülər saxtadır.

Saxta
  • 12 Sentyabr, 2023
  • 453

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə