logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Yəmən İsrailə müharibə elan edib

Saxta xəbər: Yəmən İsrailə müharibə elan edib

Xəbərin qısa icmalı

Qafqazinfo.az”, “oxu.az”, “iswnews.com”, “xezerxeber.az”, “gununsesi.info”, “yeniavaz.com”, “day.az” və digər saytlarda, eləcə də “APA TV”, “ARB 24”, “Baku TV” kanallarında Yəmənin İsrailə müharibə elan etməsi barədə xəbərlər yayılıb.

- Yəmənin BMT tərəfindən tanınan hökumətinin xarici işlər naziri Əhməd Binmübarək İsrailin Qəzza zolağına hücumunu dəfələrlə pisləyib. O, “X” hesabında noyabrın 1-də İsrailin Qəzzadakı Cəbəliyə düşərgəsini hədəf almasını kəskin şəkildə pisləyən paylaşım edib. Lakin Yəmənin İsrailə müharibə elan etməsi barədə etibarlı mənbə yoxdur.

- Yəmənin bir hissəsinə nəzarət edən husi qiyamçıları İsrailə dron və raketlərlə hücum etdiklərini bildiriblər. Onlar müharibə davam edəcəyi təqdirdə, hücumların da davam edəcəyini elan ediblərBununla belə husi qiyamçılarının da rəsmi olaraq İsrailə müharibə elan etməsi barədə etibarlı mənbə yoxdur.

Oktyabrın 7-də İsrail və HƏMAS arasında başlayan toqquşmadan sonra bir çox ərəb ölkəsi İsrailin Qəzza zolağındakı hərəkətlərini qınayıb.

Qafqazinfo.az”, “oxu.az”, “iswnews.com”, “xezerxeber.az”, “gununsesi.info”, “yeniavaz.com”, “day.az” və digər saytlarda, eləcə də “APA TV”, “ARB 24”, “Baku TV” kanallarında isə Yəmənin İsrailə müharibə elan etməsi barədə xəbərlər yayılıb. 

Saytlar “Yəmən silahlı qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı” Yəhya Sari Anuya istinad edərək bu xəbəri dərc ediblər.

“Onun sözlərinə görə, silahlı qüvvələr İsraildəki müxtəlif hədəflərə güclü ballistik və qanadlı raketlər atıb, həmçinin çoxlu sayda pilotsuz təyyarələrlə hücumlar həyata keçirib”, - “oxu.az” saytında dərc edilən xəbərdə belə deyilir.

Eyni məlumat feysbuk, instaqram, teleqram, tvitter platformalarında da paylaşılıb.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Yəmənin BMT tərəfindən tanınan hökumətinin xarici işlər naziri Əhməd Binmübarək İsrailin Qəzza zolağına hücumunu dəfələrlə pisləyib. O, “X” hesabında noyabrın 1-də İsrailin Qəzzadakı Cəbəliyə düşərgəsini hədəf almasını kəskin şəkildə pisləyən paylaşım edib. Lakin Yəmənin İsrailə müharibə elan etməsi barədə etibarlı mənbə yoxdur.

Yəmənin bir hissəsinə nəzarət edən husi qiyamçıları İsrailə dron və raketlərlə hücum etdiklərini bildiriblər. Onlar müharibə davam edəcəyi təqdirdə, hücumların da davam edəcəyini elan ediblər

Saytların istinad etdiyi Yəhya Sari də husi qiyamçılarının sözçüsüdür, o sosial media hesabında özünü Yəmən Silahlı Qüvvələrinin sözçüsü kimi təqdim edir, lakin beynəlxalq aləm husi qiyamçılarını Yəmən Silahlı Qüvvələri kimi tanımır. Bununla belə husi qiyamçılarının da rəsmi olaraq İsrailə müharibə elan etməsi barədə etibarlı mənbə yoxdur.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Yəmənin İsrailə müharibə elan etməsi barədə xəbərlər saxtadır.

Saxta
  • 15 Noyabr, 2023
  • 202

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə