logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: İranda türbənin üzərində qara bayraq qaldırılması müharibə çağırışıdır

Saxta xəbər: İranda türbənin üzərində qara bayraq qaldırılması müharibə çağırışıdır

Xəbərin qısa icmalı

-Qəzza zolağında yerləşən xəstəxananın vurulmasından sonra sosial şəbəkələrdə “İranın qara bayraq qaldırdığı və bu bayrağın müharibə və ya qisas çağırışı” olduğu iddia edilib.

- İddia edilən foto oktyabrın 18-də İmam Rza məqbərə kompleksinin saytında paylaşılıb. Saytda bayrağın “ölkədəki matəm münasibətilə” qaldırıldığı bildirilir. Qurum qaldırılan bayrağı “matəm bayrağı” adlandırıb.

- Oxşar məlumat İranın “Tasnim” xəbər agentliyinin “X” hesabında da yerləşdirilib. Agentliyin digər məlumatında qeyd olunur ki, İran hökuməti xəstəxananın vurulmasına görə ümumxalq matəm günü elan edib.

- Ancaq bu bayrağın müharibə çağırışı olması barədə heç bir sübut yoxdur. Məqbərənin günbəzində bundan əvvəl də qara bayraq qaldırılıb. İranın dövlətə məxsus “Irna” agentliyinin məlumatına görə, qara bayraq Məhərrəm ayında, imamların vəfatının ildönümündə və digər vaxtlarda qaldırılır. AFP agentliyinə danışan region üzrə mütəxəssislər də qara bayrağın yas simvolu olduğunu vurğulayıblar.

Qəzza zolağında yerləşən xəstəxananın vurulmasından sonra sosial şəbəkələrdə “İranın qara bayraq qaldırdığı və bu bayrağın müharibə və ya qisas çağırışı” olduğu iddia edilib.

İddianı 85 mindən çox izləyicisi olan “Faktlarla - Operativ Xəbərlər”, 26 mindən çox izləyicisi olan “Carçı” teleqram kanalları, bir sıra saytlar, eləcə də feysbukinstaqram səhifələri paylaşıb.

Skrinşot “Faktlarla - Operativ Xəbərlər” teleqram kanalından götürülüb.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

İddia edilən foto oktyabrın 18-də İmam Rza məqbərə kompleksinin saytında paylaşılıb. Saytda bayrağın “ölkədəki matəm münasibətilə” qaldırıldığı bildirilir. Qurum qaldırılan bayrağı “matəm bayrağı” adlandırıb.

Foto İmam Rza hərəminin saytından götürülüb.

Oxşar məlumat İranın “Tasnim” xəbər agentliyinin “X” hesabında da yerləşdirilib. Agentliyin digər məlumatında qeyd olunur ki, İran hökuməti xəstəxananın vurulmasına görə ümumxalq matəm günü elan edib.

Ancaq bu bayrağın müharibə çağırışı olması barədə heç bir sübut yoxdur. Məqbərənin günbəzində bundan əvvəl də qara bayraq qaldırılıb. İranın dövlətə məxsus “Irna” agentliyinin məlumatına görə, qara bayraq Məhərrəm ayında, imamların vəfatının ildönümündə və digər vaxtlarda qaldırılır. AFP agentliyinə danışan region üzrə mütəxəssislər də qara bayrağın yas simvolu olduğunu vurğulayıblar.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, İranda İmam Rza məqbərəsinin günbəzində qaldırılan bayrağın müharibə elan edilməsi mənasına gəlməsi barədə xəbərlər saxtadır.

Saxta xəbər
  • 31 Oktyabr, 2023
  • 641

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə