logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Binanın çökməsi görüntüləri Mərakeşdə baş verən zəlzələyə aiddir

Saxta xəbər: Binanın çökməsi görüntüləri Mərakeşdə baş verən zəlzələyə aiddir

Xəbərin qısa icmalı

Mərakeşdə sentyabrın 8-də baş vermiş 6.8 bal gücündə zəlzələdən sonra “anspress.com” saytında Mərakeşdə zəlzələ anını göstərdiyi iddia edilən video yayılıb.

- Video Mərakeşdə 2023-cü ilin sentyabr ayında baş verən zəlzələ zamanı çəkilməyib. Görüntülər daha əvvəl 2020-ci ilin avqustun 6-da “TEMSIAPRESS” adlı feysbuk səhifəsində paylaşılıb və videonun Kasablankanın Sabata şəhərində çəkildiyi bildirilib.

Sentyabrın 8-də Mərakeşdə 6.8 bal gücündə zəlzələ baş verib və minlərlə insan həlak olub. Zəlzələnin baş verməsindən sonra “anspress.com” saytında Mərakeşdə zəlzələ anını göstərdiyi iddia edilən video yayılıb. Videoda zəlzələnin təsiri nəticəsində binanın çökdüyü görünür və insanların qışqırıqları eşidilir. 

Skrinşot “anspress.com” saytından götürülüb.

Eyni video “baku.ws_official” adlı instaqram səhifəsində 125 min dəfə izlənilib.

Skrinşot “baku.ws_official” adlı instaqram səhifəsindən götürülüb.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Video Mərakeşdə 2023-cü ilin sentyabr ayında baş verən zəlzələ zamanı çəkilməyib. Görüntülər daha əvvəl 2020-ci ilin avqustun 6-da “TEMSIAPRESS” adlı feysbuk səhifəsində paylaşılıb və videonun Kasablankanın Sabata şəhərində çəkildiyi bildirilib.

Skrinşot “TEMSIAPRESS” adlı feysbuk səhifəsindən götürülüb.

Hadisə ilə bağlı məlumat verən “Hespress” bildiririr ki, üçmərtəbəli binanın uçması nəticəsində bir nəfər ölüb. Şəhər rəsmilərindən biri binanın uçmaq ərəfəsində olduğunu və bu barədə sakinlərə əvvəlcədən məlumat verildiyini deyib.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, xəbər saxtadır

Saxta
  • 28 Sentyabr, 2023
  • 191

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə