logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Hindistanda seldən sonra timsahlar peyda olub?

Xəbərin qısa icmalı

İyulun 12-də “Ölkə.az”“Referans.az”  saytları Hindistanın Ambala bölgəsində baş verən güclü daşqından sonra ərazidə timsahlar peyda olduğunu iddia edən görüntülər paylaşıblar.

“YouTube”da açar sözlərlə axtarış etdiyimiz zaman görüntülərin tam versiyasına “DeshGujaratHD”, “NDTV”, kanalında rast gəlirik. Video 2019-cu ilə aiddir. Bu tarixdə Hindistanın Qucarat əyalətinin Vadodara şəhərini su basmış, nəticədə yaşayış bölgələrində timsahlar peyda olmuşdu.

Scrinşot ölkə.az saytından götürülüb. 

Scrinşot referans.az saytından götürülüb. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

“Times of India”nın iyulun 11-də yayımladığı xəbərə görə, Hindistanın Haryana əyalətinin şimalında yerləşən Ambala şəhərində iki gün aralıqsız yağan yağış sel daşqına səbəb olub. Təlafat nəticəsində iki nəfər həyatını itirib. 

“YouTube”da açar sözlərlə axtarış etdiyimiz zaman görüntülərin tam versiyasına “DeshGujaratHD”, “NDTV”, kanalında rast gəlirik. Video 2019-cu ilə aiddir. Bu tarixdə Hindistanın Qucarat əyalətinin Vadodara şəhərini su basmış, nəticədə yaşayış bölgələrində timsahlar peyda olmuşdu.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə “Ölkə.az” və “Referans.az” saytında yayımlanan görüntülər saxtadır.

Saxta
  • 21 Avqust, 2023
  • 209

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə