logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

“Burada kişi yoxdur: 400 qadının idarə etdiyi ada” iddiası

“Burada kişi yoxdur: 400 qadının idarə etdiyi ada” iddiası

Sosial şəbəkələrdə “Burada kişi yoxdur: 400 qadının idarə etdiyi ada..." başlıqlı  məqalə və paylaşılmlarla  yəqin, siz də qarşılaşmısınız. 

Söhbət Estoniyanın Kihnu adasından gedir.

“Estoniyada Kihnu adasını 400 qadın idarə edir. Kişilərin olmadığı adada qadınlar bütün işləri görür və illərdir problemsiz yaşayırlar. Bu adada traktor təmirindən tutmuş kilsə işlərinə qədər hər şeyi qadınlar özləri edir”, – deyə “Bayqush” adlı Facebook səhifəsinin paylaşdığı postda deyilir. 

“FaktYoxla” bu iddianın doğru olmadığını yoxlayıb.

Qeyd edək ki, Kihnu adası haqqında məqalə bu il mayın 2-də “lent.az” saytında dərc olunandan sonra  “sonxeber”“bakufakt” kimi saytlarda da paylaşılıb. Eyni məzmunlu məqalə hələ  ötən il  “İki sahil” qəzetində dərc olunmuşdu. 

Estoniyanın Pärnu qraflığına aid olan Kihnu adasının sakinləri əsasən dörd kənddə – Lemsi , Linaküla , Rootsiküla və Sääredə məşkunlaşıblar.

Estoniyanın Statistika İdarəsinin 2021-ci ilə dair məlumatına əsasən, adada 690 şəxs qeydiyatdadır. Sakinlərin 347 nəfəri kişi, 343 nəfərini isə qadındır. Yaş qrupları üzrə bölgüyə görə, ada sakinlərinin 85 nəfərini yaşı 17-dək olan uşaqlar təşkil edir,  478 nəfərin yaşı isə 18-64 arasında dəyişir, 127 nəfər isə yaşı 65-dən yuxarı olan yaşlılardır.

Kihnunun yerli sakinlərindən biri “Fakt Yoxlya”ya deyib ki, kəndin sosial həyatında  kişilərin az rol almasına səbəb onların əsasən dənizdə olması ilə bağlıdır: “Həqiqətən, bir çox kişi vaxtının çox hissəsini dənizdə keçirir.  Ancaq kişi işdən evə gələndə onların görəcəyi çox iş olur”.

Adada qeydiyyatda olan qadınlarla kişilərin sayı təxminən bərabər olsa da, kişilərin günboyu əsasən adadan kənarda işləməsi qadınların sosial həyatda daha aktiv olması adanın sadəcə qadınlardan ibarət olması təəssüratı yarada bilər. Amma  rəsmi statistika adadakı şəxslərin yarısının qadın olduğunu açıqladığı halda, adadakı qadınların sayını 400-lə yuvarlaqlaşdırmaq doğru yanaşma deyil.

“FaktYoxla”nın gəldiyi nəticəyə görə, Estoniyanın Kihnu adasının demoqrafik tərkibi haqqında yayılan məlumatlar saxtadır.

Saxta Xəbər
  • 13 May, 2022
  • 488

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə