logo logo

Deyilənlərə yox, faktlara inanın

Koronavirus

“Sputnik Azərbaycan”ın COVID-19 pasportu ilə bağlı iddiası

“Sputnik Azərbaycan”ın COVID-19 pasportu ilə bağlı iddiası

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bildirir ki, vətəndaşların nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da, COVID-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi halda həyata keçiriləcək”, - bu xəbəri “Sputnik Azərbaycan” yayıb. 

Fakt Yoxla məlumatın doğru olub-olmadığını yoxlayıb. 

ƏƏSMN-in 7 avqust tarixli müraciətində isə belə deyilir: “16 avqust 2021-ci il tarixindən etibarən...Nazirliyin bu və ya digər mərhələdə vətəndaşın əyani qəbulunu və ya müayinəsini, onunla əyani ünsiyyəti nəzərdə tutan elektron xidmətlərinə edilən müraciətlərə baxılması da, COVİD-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək”.

Aydın görünür ki, ƏƏSMN-in müraciəti ilə yayılan xəbər arasında ziddiyyət var. Nazirlik bildirir ki, vətəndaşın yalnız əyani qəbulu və ya müayinəsi, habelə onunla əyani ünsiyyəti nəzərdə tutan elektron xidmətlərə etdiyi müraciət zamanı COVID-19 pasportu tələb ediləcək.

Xəbərində isə qeyd olunur ki, COVID-19 pasportu bütün elektron müraciətlər zamanı tələb olunacaq. 

“Fakt Yoxla” hesab edir ki, “Sputnik Azərbaycan”ın yaydığı xəbər saxtadır.

Xəbər Yoxlaması
  • 16 Avqust, 2021
  • 4536

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə