logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

VƏD: 2020-ci ilədək istiliklə təmin edilən yaşayış binalarının sayı 5689-a çatdırıldımı?

VƏD: 2020-ci ilədək istiliklə təmin edilən yaşayış binalarının sayı 5689-a çatdırıldımı?

Xəbərin qısa icmalı

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edilib ki, istilik təchizatının əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə 2017-2020-ci illərdə istiliklə təmin edilən yaşayış binalarının sayı 5689-a çatacaq. 

- 2020-ci ildə Azərbaycanda istiliklə təmin edilən yaşayış binalarının sayı 3850-yə bərabər olub. Bu isə, hökumətin vəd etdiyi göstəricidən 47 faiz aşağıdır.

Azərbaycan Respublikası prezidentinin 6 dekabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş   “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə hökumət 2020-ci ilədək kommunal xidmətlərlə bağlı çatmaq istədiyi hədəflərini açıqlayıb. Sənəddə qeyd edilib ki, istilik təchizatının əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə 2017-2020-ci illərdə istiliklə təmin edilən yaşayış binalarının sayı 5689-a çatacaq. 

“Fakt Yoxla” hökumətin vədini yerinə yetirib-yetirmədiyini araşdırıb.

Cədvəl: 2017-2023-cü illərdə istiliklə təmin edilən yaşayış binalarının sayı

Cədvəldən göründüyü kimi, 2020-ci ildə Azərbaycanda istiliklə təmin edilən yaşayış binalarının sayı 3850-yə bərabər olub. Bu isə, hökumətin vəd etdiyi göstəricidən (5689) 47 faiz aşağıdır. Açıqlanan rəsmi rəqəmlərdən bəlli olur ki, indiyədək ölkədə istiliklə təmin edilən binaların sayı hökumətin 2020-ci illə bağlı hədəf göstəricisinin gerisindədir.

“Fakt Yoxla”nın araşdırmasına görə, hökumət vədini yerinə yetirməyib.

Vəd tutulmayıb
  • 18 İyul, 2023
  • 746

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə